Ölkələrin və hətta ailələrin adətləri nə qədər fərqlənsə də, Yeni ildə hamı daha çox uğur, sağlamlıq, səyahət və sevgi istəyir. Bu məqaləmizdə 10 ölkənin Yeni il adətləri ilə tanış oluruq.
İtaliya
İtalyanlar da bizim kimi temperamentlidirlər. Yeni il adətləri də səs-küylu və ekspressivdir. Məsələn, İtalyanların köhnə əşyaları yeni il gecəsi pəncərədən atmaq adəti var. Son illərdə çox adam bunu etmir, çünki küçədə gəzənlər üçün travmatik ola bilər, amma gecə vaxtı qarşınızda bir kreslo yerə düşsə, təəcüblənməyin. İtalyanlar bu adətin uğur gətirdiyini düşünür. Əlbəttə, onlar əşya tullama prosesini həm də mahnı oxuyaraq və bərk səslə zarafatlaşaraq və fişəng ataraq rəgləndirir.
Argentina
Argentinalılar da İtalyanlar kimi pəncərərədən əşya tullayır. Amma burada ilin son iş günü illə vidalaşmaq və bütün kağız-kuğuzu tullamaq adəti var. Bir neçə saata küçələr kağızla örtülür. Sonra, əlbəttə, kağızlar yığışdırılır.
Yunanistan
İtaliya və Argentinada köhnə əşya və kağızlardan qurtulmağa çalışırlarsa, Yunanıstanda isə əksinə, hər şey evdə qalır. Əlavə olaraq, evə daşlar gətirilr. Yunanıstanda Yeni il gecəsi şam yeməyinə gedərkən qonaqlar özləri ilə böyük bir daş götürürlər. Yunanlar gətirdikləri daş kimi böyük sərvət arzuları ilə, daşı ev sahibinin qapısının önünə qoyurlar. Böyük daş tapmasanız, balaca çınqıl götürə bilərsiniz və ev yiyəsinin problemlərinin çınqıl kimi yüngül olmasını arzu edə bilərsiniz.
Şotlandiya
Şotlandlar Yeni il ərəfəsində qatran dolu boçkaları yandırıb şəhərin küçələrində yuvarlayırlar. Beləliklə, köhnə ili yandırıb, yenisinə yol açırlar. Şotlandiyalıların evinə Yeni il şam yeməyinə gedərkən, ocağa atmaq üçün özünüzlə kömür götürməlisiniz. Bu Şotlandların yeni ildə uğur arzulamaq yoludur.
Kuba
Kubada Yeni il ərəfəsində bütün qablara su tökülür: kupalara, çanaqlara, vedrələrə və qazanlara. Suyun miqdarı insanın öz fikriycə il ərzində olan günahlarının sayına uyğun olmalıdır. Gecə yarısından sonra su çölə atılır. Kubalılar üçün bu ənənə pisliklərin təmizlənməsini simvollaşdırır.
Yaponiya
Evləri küknar budaqları, qar dənəcikləri və oyuncaqlarla bəzəməyə öyrəşmişik. Yaponiyada isə Yeni il üçün evləri bambuk dırmıqla bəzəmək adəti var. Yaponlar inanırlar ki, Yeni il ərəfəsində evdə dırmıq yoxdursa, o zaman xoşbəxtlik evdən yan keçəcək. Bundan başqa, Yaponlar yeni ilin ilk saniyələrini gur gülüşlə qarşılayırlar. Onlar bu yolla ilin şən və sevgi dolu keçəcəyinə inanırlar.
Ekvador
İlin bol səyahətli olması üçün ilk səyahəti elə Yeni il gecəsində etmək lazımdır. Ekvadorlular məhz belə düşünür. Bunun üçün onlar evin ətrafında çamodanla qaçırlar. Bu “səfər” gecə saat 12 olmamışdan əvvəl edilməlidir.
İspaniya
Yəqin ki, arzularınızı kağıza yazıb, yandırıb, şampan şərabına atıb və içmək adətindən xəbəriniz var. İspaiya da oxşar bir adət var, amma kül içməkdən daha yaxşıdır. Yeni ildə hər qonaq üçün stolda 12 üzüm dənəsi qoyulur. 00:00-da olan 12 zınqırov səsi zamanı bu 12 üzüm dənəsi yeyilməlidir. Deyilənə görə, bütün dənələri vaxtında yesəniz, iliniz uğurlu keçəcək.
Danimarka
Danimarkalılar Yeni il gecəsi dostlarının qapısında qab sıdırırlar . Qapının önündə nə qədər çox qab qırığı qalsa, ev sahiblərinin dostları bir o qədər çoxdur deməkdir. Qab qırıqlarının sayı ilə birlikdə gələn ildə olacaq uğurun da sayı artır. Adət-ənənəyə görə qablar qapıya çırpılaraq sınmalıdır, amma son vaxtlar bunun travmatik olduğuna görə əvvəldən hazırlanan qab qırıqları qapının önünə atılır.
İrlandiya
Bayram ərəfəsində irlandlar evlərinin giriş qapılarını geniş açır ki, istənilən qonaq içəri girsin. Onu Yeni il süfrəsində şərəfli yerdə əyləşdirib, ziyafətə dəvət edirlər. Qonaq evə ön qapıdan girib arxadan çıxmalıdır. İrlandlar bunun uğur gətirəcəyinə inanırlar.