25 Dekabr 2021

Hava limanlarında hər şey niyə bahadır? — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Hava limanında tez-tez yemək yeyirsiniz? Adətən, hava limanına gələnlər əvvəldən uçuşa hazırlaşır, burada yeyib-içmək istəmir. Adi fast-fudun və ya suyun qiyməti belə şəhərə nisbətən ən azı iki dəfə bahadır. Niyə belədir? Bu məqaləmizdə sualın cavabını tapırıq.

Bəzi insanlar deyir ki, hava limanında olan qiymətlər konkurensiyanın olmamağından irəli gəlir. Sərnişin onsuz da heç yerə gedə bilməyəcək və hər şeyi baha almalı olacaq. Amma əslində səbəb bu deyil.

İlk səbəb yerin xüsusiyyətlərindən irəli gəlir. Hava limanlarında kirayə adi yerlərdən bahadır və hər biznes burada işləyə bilməz. Hava limanında işləyən brendlərin xüsusi iş qaydaları, uzun illərlə qazanılan təcrübəsi və, adətən, tanınan adı olmalıdır. Yerlər üçün tenderlər keçirilir və hər brend tenderi qazana bilmir.

İkinci səbəb hava limanın ərazisində tələb olunan təhlükəsizlik qaydaları ilə bağlıdır. Bu qaydalar əlavə xərclərə səbəb olur. Şəhərdə asanlıqla hazırlanan qidanı hava limanında hazırlanması çətin və baha başa gəlir.


Hava limanında bütün kafe və mağazalar hər gün işləməlidir, həftəsonları və bayramlarda da. Bu da xərcləri artırır. Hava limanında işləyən bütün şəxslərə aylıq giriş kartı verilir. Məsələn, hansısa kafenin işçisi xəstələnsə və ya başqa bir səbəbdən işə gələ bilməsə, onun yerinə başqa adam gəlməlidir və onun üçün də xüsusi bir aylıq giriş kartı hazırlanmalıdır.


Aeroport ərazisində çəngəl-bıçaq üçün də xüsusi tələblər var. Məsələn, mətbəx bıçaqlarının ülgücləri müəyyən uzuluqda və formada olmalıdır. Əlavə olaraq, bıçaqlar
zəncirlə mətbəxin iş masasına bağlanmalıdır ki, oradan kənara çıxarmaq mümkün olmasın. Kafe bağlananda bütün servis dəstləri seyfə yığılmalıdır ki, heç kimin əlinə düşməsin. Əgər yeməyin bişirilməsi üçün ocaq tələb olunursa, bu bir neçə etapdan ibarət olan danışıqlıqıar və razılaşmalardan sonra mümkün olur ancaq.


Ərzaqların çatdırılması məsələsi var hələ. Hərdən, ərzaq çatdıran maşınları uçuş zolağı ilə sürməli olurlar. Bunun üçün isə sürücü xüsusi treninq keçməlidir. Hava limanı ərazisində logistika həqiqətən baha başa gəlir. Həm də nəzərə alın ki, hava limanları adətən şəhərdən xeyli kənarda yerləşir və işçiləri və lazım olan ləvazimatı ora çatdırmaq da bir ayrı məsələdir.

Əgər hava limanıda gəlmisinizsə və mütləq nəsə yemək və ya almaq istəyirsinizsə, sizə iki məsləhətimiz var. Ya “duty free”-yə gedin, ya da hamının tanıdığı şəbəkə restoranlarına. Məsələn, “McDonalds”, “Burger King” və sair bu tipli şəbəkələr hava limanında şəhərə nisbətən baha olsalar da, ağını çıxarmırlar.

 

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy