26 Noyabr 2021

Mən Almatıdayam! Bəs sən? — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Almatıda nə etmək olar, təbiətdən zövq almaq üçün hara getmək olar? Hər şeyi danışırıq: qazax musiqi alətləri mağazalarından tutmuş, barlar və şəlalələrədək. Bu şəhər rəngarəng və maraqlıdır! İnanmırsınız? İndi görəcəksiniz! Biletləri haradan ala biləcəyinizi bilirisiniz, aviasales.az hər zaman sizi gözləyir.

Almatı A-dan Z-yə

Məsləhətlər

Turistik gəzinti

Tanımadığınız şəhərdə turist olmaq çox xoş məşğuliyyətdir. Yeni təəssüratlar, emosiyalar, telefonda şəkillər, soyuducu üçün maqnitlər. Almatının görməli yerlərinə nəzər yetirək.

Ən maraqlı yerlər Kok-Tobe təpəsində yerləşir. Bura kanat yolu ilə qalxa bilərsiniz, bu özü maraqlı bir təcrübədir. Yuxarıda sizi əyləncə parkı, kontaktlı zoopark (heyvanları sığallaya biləcəksiniz), şəhərin gözəl mənzərəsi və “Beatles” qrupunun bürünc heykəli gözləyir. İngilis qrupunun heykəlinin niyə burada olduğu məlum deyil, amma onun ətrafında hər vaxt turistlər yığışır. Kanat yolu ilə gediş-gəlişin qiyməti 2500 tenge (9,81 AZN), bir attraksionun qiyməti isə 500-1500 tenge arası dəyişir (1,96-5,90 AZN)

Gəzmək üçün Jibek Jolı küçəsini məsləhət görürük, bir növ bizim “Torqovı” kimidir. Piyadalar üçündür, mağazalar, restoranlar, suvenirlər, musiqiçilər. Burada hər şey var. Hətta “Passaj” və “MUM”-da buradadır.

Şəhərin əsl simvolu “Qazaxıstan” otelidir. Bu hündür bina 1970-ci illərdə inşa olunub. Oteldə gecələyə və ya ətrafında gəzib şəkil çəkə bilərsiniz. Standart iki nəfərlik otaqda bir gecəlik qiymətlər 28800 tengedən (113 AZN) başlayır.

Qazaxıstana gəlib hamama getməmək düzgün olmazdı. “Arasan” saunası Orta Asiyada ən böyük hamamdır. Hətta, bura adi hamam da demək olmaz, bura böyük spa kompleksidir. Arasanda sizi saunalar, hovuzlar, massaj kabinetləri, pilinqlər və digər SPA prosedurlar gözləyir. Giriş 1450 tengedən başlayır (5,70 AZN), hamamçı xidmətləri — 2000 tenge (7,85 AZN), bütün bədənin massajı 9000 tenge (35,30 AZN).

Bir yerdə fərqli məkanlara getmək istəyirsinizsə, Atakent rayonuna üz tutun. Burada fərqli iş sahələrinə aid pavilyonlar, yay hovuzu, restoranlar, kafelər və iki alış-veriş mərkəzi yerləşir. Mərkəzlərdə xarici brendlərin mağazaları və kinoteatr da var. Burada yerləşən parkı da gəzə bilərsiniz.

Qazaq-oner sənətkarlar mərkəzində siz həm yerli sənətkarlar tərəfindən hazırlanan unikal əşyalara baxa bilərsiniz, həm də master-klasslarda iştirak edə bilərsiniz. Zinyət əşyaları, musiqi alətləri, dəri aksessuarlar, milli geyimlər və dekor — bunların hamısını özünüz hazırlayıb evə suvenir kimi gətirə bilərsiniz. Bir master-klassın qiyməti 5000 tenge (19,60 AZN). Ətraflı məlumatı mərkəzin saytından ala bilərsiniz.

Panfilov sahilində yüngül gəzintidən sonra opera və balet teatrına çatırsınız. Bu şəhərin ən köhnə binasıdır, 1934-cü ildə tikilib. Vaxtınız varsa opera və baletə mütləq baş çəkin, heç təəssüflənməyəcəksiniz. Biletlərin qiyməti adətən 1500—2000 ttenge olur (5,89-7,85 AZN).

Kanbay batır və Panfilov küçələrinin kəsişməsində, “Almatı” otelində alma muzeyi yerləşir. Muzeyə giriş sərbəstdir. Burada şəhərin niyə alma ilə bağlı olduğu və hansı alma növlərinin yetişdiyini öyrənəcəksiniz.

Almatının məsçidləri də başqa bir aləmdir. Ən gözəli qızıl günbəzli Mərkəzi Məsçiddir. Məsçidin içi də gözlədir: günbəz içəridən rəngli mozaika ilə bəzədilib, oturacaqlar xüsusi ağac növündən hazırlanıb, ətrafı isə böyük təntətnəli çılçıraq işıqlandırır. Giriş sərbəstdir, sadəcə örtük tələb olunacaq.

Mədəni gəzinti

Əgər saatlarla muzeyləri gəzməyi sevirsinizsə, təbrik edirik! Almatı sizin xoşunuza gələcək. Bəlkə teatrları da sevirsiniz?

Qazax sənətkarlarının ən yaxşı işlərini incəsənət muzeyində tapacaqsınız. Muzeydə saxlanılar 25 000 sənət əsəri həm ötən illərə (sovet vaxtı daxil), həm də bizim vaxtımıza aiddir. Muzey əsas məqsədi ölkənin zəngin mədəniyyətini nümayiş etdirməkdir. Giriş 500 tengedir (1,96 AZN)

Daha sonra bütün yerli muzeylərin “atası” olan Mərkəzi Dövlət Muzeyi gəlir. Burada siz Qazaxıstan tarixi ilə yaxından tanış olacaqsınız. Muzeydə mamont skeletləri daxil, ölkənin qədim tarixi əks olunub. Milli geyim, ev əşyaları, zinyət əşyaları, hərbi texnika və sair maraqlı eksponatlar yer alır. Muzeyin həyatı hər zaman qaynayır, burada sərgilər və xüsusi təhsil proqramları da var. Giriş biletinin qiyməti 500 tenge (1,96 AZN), ekskursiyalar isə 1000 tengedən (3,92 AZN) başlayır.

2001-ci ildən etibarən şəhərdə ölkənin “ARTиШОК” adlı ilk müstəqil teatrı fəaliyyət göstərir. Teatr həm Avropa, həm də Rusiya tənqidçiləri tərəfindən yüksək qiymətlədirilir. Yerli cavanlar bura müasir teatrla tanış olmaq üçün gəlir. Hal-hazırda teatrda “Şənbə axşamının həyəcanı” adlı tamaşası nüməyiş etdirilir. Getmək fikrində olsanız, biletləri öncədən alın, çünki tez bitirlər.

Arxeologiya muzeyi “Qılım ordası” elmi muzey kompleksinə dəxildir. Burada ölkə boyu tarixi qazıntılarda tapılan eksponatlar nümayiş etdirilir. Giriş biletinin qiyməti 150 təngə (0,59 AZN), bələdçi ilə ekskursiya isə 500 tenge (1,95 AZN).

Bir zamanlar uşaq evi olan binada hal-hazırda Almatı muzeyi yerləşir. Burada şəhəri qədim və müasir tarixi haqqında hər şeyi öyrənə bilərsiniz. Muzeyin kolleksiyasında 40 000-dən artıq eksponat var. Ev əşyaları, sənət əsərləri, fotolar — burada hər çey var. Giriş biletinin qiyməti 500 tenge (1,96 AZN).

28 Panfilovçu parkında Milli musiqi alətləri muzeyi yerləşir. Əgər musiqi fanatısınızsa, milli musiqini dinləmək və onların hansı alətlərdə ifa olunduğunu bilmək istəyirsinizsə, bura mütləq baş çəkin. Eyni parkda Hərbi tarix muzeyi yerləşir. Sovet vaxtının hərbi texnikası ilə maraqlanırsınızsa, sizə maraqlı olacaq. Burada maşınlar, minomyotlar və sair hərbi texnika və hərbçilərin şəxsi əşyalarını görə bilərsiniz. Hər iki muzeyə giriş bilitenin qiyməti 500 tenge (1,96 AZN) təşkil edir.

Təbiətdə gəzinti

Uzun gəzintilər, təmiz havada vaxt keçirmək, təbiətdən zövq almaq — bu sizin ideal səyahət siyahınızda olan bəndlərdirsə, sizə şəhəri parkları haqqında danışırıq.

Botanika bağı — nəhəng oazis. Bu yer sizə böyük şəhərdə olduğunuzu unutduracaq. Şam ağacları alleyaları, tozağacı meşələri, yasəmən kolları və dünyanın hər bir yanından gətirilən qeyri-adi bitkilər. Gəzin, piknik və fotosessiyalar edin. Parkın maraqlı bir xidməti də var — evlilik təklifi etmək. Əgər bu yerin romantik ab-havası sizdə evlilik təklifi etmək istəyi yaratsa, administrasiyadan fotosessiya və xüsusi yerin hazırlanmasını sifariş etmək olar. Xidmətin qiyməti 3500 tenge (13,70 AZN). Botanika bağına giriş biletinin qiyməti 900 tenge (3,53 AZN).

28 Panfilovçu parkı Moskvanı qoruyaraq həlak olan əsgərlərin adını daşıyır, amma bu park bütün müharibələrdə həlak olan əsgərlərə həsr olunub. Parkda skamyada oturub dincələ və quşlara yem verə bilərsiniz. Yaşıl zonanın mərkəzində kilsə yerləşir. Bina 1907-ci ildə taxtadan tikilib və zəlzələlərə baxmayaraq hələ də salamatdır. Deyilənə görə, taxtalar bir dənə də mıx olmadan birləşdirilib. Giriş sərbəstdir, kilsənin içərisi bəzəklidir

Şəhərdə Mərkəzi park da var, burada rahat yarım gün keçirə bilərsiniz.

Nə etmək olar:

Axşam gəzintisi üçün Birinci prezident adına park əla yerdir. Bir vaxtlar burada alma bağları olub, sonra isə bağ baxımsız hala gəlib. 2001-ci ildən etibarən burada yenidən abadlıq və yaşıllaşdırılma işləri aparılmağa başlayıb. Hal-hazırda park əla görsənir. “Yapon qüşəsi”, musiqili fəvvarə, ölkənin müstəqilliyinə həsr olunmuş “Qazaxıstan” monumenti, ürək heykəli ilə sevgililər cığırı, şəhərin mənzərəsi açılan meydança — nə istəsəniz var. Qışda burada bu meydançasında konki də sürə bilərsiniz. Çox romantik yerdir.

İlin isti vaxtlarında ailənizlə açıq havada vaxt keçirmək üçün “Fantasy World Almaty”-ya üz tütün. Burada hər zövqə uyğun 42 attraksion, kafe və fast-food kisokları sizi gözləyir. Qiymətlər 3500 təngədən (13,73 AZN) başlayır.

Dəbli gəzinti

Bəli, şopinqi sevənlər də Almatıda darıxmayacaq.

Lüks brendlərin butikləri ilə maraqlanırsınızsa, “Esentai Mall”-a üz tutun. Burada “Dior”, “Gucci”, “Prada”, “Dolce & Gabbana”, “Louis Vuitton” kimi brendləri tapacaqsınız. Burada həm də bütün ailə üçün əyləncə zonaları və incəsənət qalereyası var. Qalereyada Qazaxıstan və Avropa rəssamlarının sərgiləri keçirilir.

Şəhərin mərkəzində, “Dostyk Plaza” adlı alış-veriş mərkəzində 180 mağaza yerləşir. Bu müasir və zövqlü binada “Stradivarius”, “Mango”, “Adidas”, “Oysho”, “Zara” kimi brendlər yer alır. Burada da bütün ailə üçün əyləncə mərkəzi, hipermarket və kinoteatr var.

Maraqlı və unikal şeylər axtarışındasınız? O zaman bit bazarına üz tutun. O, bir neçə bazardan ibarətdir — Alatau, Bolaşak, Baysat, Kulager, Kenjexan. Burada hər şey tapmaq olar: ayaqqabı və aksessuarlardan tutmuş, uşaq və səyahət mallarınadək, kosmetikadan elektronikaya qədər. Amma bir çeyi də nəzərə alın ki, burada hər zaman basabas olur.

Aida KaumeNOVA — lüks seqmetinda yerli qazax brendi. Brendin kolleksiyalarında milli elementlərə də rast gəlinir. Dizayner Aida Kaumenova ölkənin adət-ənənəsinə sadiq qalaraq müasir kolleksiyalar yaradır. Qazaxıstanın olimpik yığmasının 2008-ci ildəki geyimi bu dizayner tərəfindən hazırlanmışdı.

Daha bir maraqlı dizayner — Saltanat Baymuxamedova (Salta Addict). O, olimpiya yəmasının 2020-ci ildə Tokioda çıxış etdiyi formanın müəllifidir.

Yaxşı baxsanız, Almatıda “Qazaq Republic”-dən geyinən xeyli cavanları görəcəksiniz. Keyfiyyətli, minimalistik “street wear” brendi cavanlara öz şəxsiyyətini vurğulamağa koməklik edir. Əslində, bu brenddən geyim almaq üçün qazax olmaq məcburi deyiı. Məsələn 9000 təngəyə (35 AZN) qazax dilində yazılı mayka alıb dostlarınızı təəcübləndirə bilərsiniz. Hamı “Oy, bu nədi? Haradan almısan?” soruşacaq.

Xanımlar üçün daha bir yerli lüks brend — Aya Bapani. Bu brendin kolleksiyalarında tengriçilik naxışlarını görəcəksiniz. Dizayner Aya qədim şahzadələrin geyimlərindən ilham alıb, mofellərini yun, ipək və orqanzadan hazırlayır, onları ipək işləmələrlə bəzədir. İnstaqram səhifələrində kolleksiya ilə tanış olub sifariş verə bilərsiniz.

Orta Asiyaya gəlib bazara getməmək? Elə şey yoxdur! Yaşıl bazara ac və ayaqyalın gəlmək lazımdır. Burada milli xorəklərdən dadacaqsınız, suvenirlər və milli geyim ala biləcəksiniz. Ümumiyyətlə, əla vaxt keçirəcəksiniz. Vazarın balaca kafelərində əla lağman bişirirlər.

Şirniyyatı sevməyən də yoxdur, yəqin ki. Yaşıl bazardan çıxarkən, çox güma ki, kakao ətrini hiss edəcəksiniz. Bu ətir sizi “Rahat” qənnadı fabrikinə gətirəcək. Burada fabrikin istehsal etdiyi kofetləri, karameli, zefiri və digər şirniyyatları kilo ilə ala biləcəksiniz. Mütləq bir-iki “Qazaxıstan” adlı şokoladdan alın. Paketin üzərində ölkəin bayrağı var, dadlı suvenir kimi gətirə bilərsiniz. 

Keçək yerli içkilərə. Qazaxıstanda yerli şərab hazırlanır. Onlardan biri olan “Arba wine”-ın dadına şəhərdə yerləşən şərab evlərində baxa bilərsiniz.

Şərabı haradan almaq olar? Wine room, Винная лавка, Wine Time.

Yerli brendlər: Chateau Karakemer, Bacchus, Issyk.

Aktiv gəzinti

Əgər vaxtınızı ancaq restoranlarda və şəhər içi gəzintilərdə keçirmək istəmirsinizsə, dayanmağı, dincəlməyi sevmirsinizsə, ürəyinizdən gözəl mənzərələr keçirsə, dağlara səyahət etmək vaxtıdır!

Gedirik “Medeu” idman kompleksinə. Bu kompleks sovet vaxtından qalıb. Burada buz meydançasında konki sürə bilərsiniz. Kompleks dənizdən 1700 metr hündürlükdə yerləşir və burada olan buz meydançası dünyanın ən hündürü hesab olunur. Ora qalxmaq üçün “sağlamlıq yolu” adlnanan, 842 pilləli pilləkəndən istifadə etməlisiniz. Burada hal-hazırda ölkənin hokkey üzrə millisi məşq edir, vaxtı ikən bu meydançada mühüm hokkey oyunları keçirilib.  Ürəyi istəyən hər kəs burada konki sürüb, mənzərədən zövq ala bilər. Bir seansı və konki kirayəsinin qiyməti 2200 təngədən (8,60 AZN) başlayır. Dostık prospektinin Kirmanqazı küçəsindən 12 nömrəli avtobusa minərək bura çata bilərsiniz.

Günü başqa cür keçirmək istəyirsiniz? Zailiyskiy Alataunun mənzərəli dərəsində yerləşən “Şımbulak” dağ kurortuna gedirik. Burada xizək mövsümü noyabrdan aprelə qədər davam edir. Medeu stansiyasından kanat yolu ilə buraya gəlməyi məsləhət görürük — belə ki, dağları görmək və funikulyora minmək olar.

15000 təngəyə (59 AZN) siz xizək sürmə və ya snoubordda fərdi dərs ala bilərsiniz, sonra avadanlığı icarəyə götürüb dağ yamaclarını təkbaşına fəth etməyə gedə bilərsiniz. İcarənin qiyməti 5000 təngədən başlayır (19,60 AZN). Kurort və qiymətlər haqqında ətraflı məlumatı burada tapa bilərsiniz.

Dağlarda sürüşmək xoşunuza gəlmirsə, parkda il boyu bir çox başqa əyləncələr var:

Ərazidə çoxlu kafe və restoran var, ona görə də xizək sürərkən və ya gəzinti zamanı iştahınız açılsa, ac qalmayacaqsınız. Məsələn, “Chalet” ət restoranında 12500 tengeyə (49 AZN) giləmeyvə sousunda maral filesinin dadına və 1300 tengeyə (5,10 AZN) punş içə bilərsiniz.

Kurortun saytına ora necə çata biləcəyiniz qeyd olunub.

Qurmanlar üçün gəzinti

Yerli mətbəxi sınamaq istəyirsiniz, yoxsa avropa mətbəxi restoranlarını gəzmək istəyirsiniz? Almatıda fərq etməz, burada istənilən zövqə uyğun restoran tapmaq olar.

Milli mətbəx

NAVAT” çayxanasının interyerində şərq qonaqpərvərliyinin ləzzətini hiss etmək olar — milli geyimli ofisiantlar sizi qarşılayaraq qazax və özbək mətbəxi təklif edəcəklər. Sizə baursak (pirojki), kazı (at kolbasası) və yumurtalı plov, qat-qat xəmirən hazırlanmış ətli samsanı sifariş etməyi məsləhət görürük.

Şam yeməyi üçün dəbdə olan “Abay” restoranı idealdır. Buradan (dəniz səviyyəsindən 1100 metr yüksəklikdə) şəhərə əla mənzərə açılır. Əgər vegetarian deyilsinizsə, o zaman mütləq milli xörəyi — ət qızartmasını (bu restoranda üç növ ət var — at əti, quzu və mal əti), soğan və tərəvəz sifariş edə bilərsiniz. Üzərindən mors içirik. Şam yeməyi 6 600 təngəyə (26 AZN) başa gələcək.

Qaymaq restoranıa təkcə dadlı qazax və uyğur mətbəxini dadmaq üçün gəlmirlər. Ərazidə besedkaları olan kölgəli bir bağ var. Belə bir mühitdə bütün yeməklər dad baxımından daha zəngin olur. Beşbarmakı sınamağa dəyər — at əti ilə hazırlanan ənənəvi şorba. Desertə mütləq qozlu çak-çak və alma likoru sifariş edin. Belə bir şam yeməyi 6690 təngəyə (26,20 AZN) başa gələcək

Orijinal şərait və mətbəx üçün milli qazax üslubunda bəzədilmiş Jaylau etnokafesinə gedirik. Hava imkan versə, besedkada və ya qazax yurtasında otura bilərsiniz. Lağman və çaydan ibarət nahar 1870 tengeyə başa gələcək (7,30 AZN)

Qəhvə

Kafe Nedelka — Almatı hipsterlərinin sevimli məkanı. Bura maraqlı söhbət və xoş atmosfer üçün gəlirlər. Kreativ işlərlə məşqul olmaq üçün də əla yerdir. Tuna ilə panini, soya südü ilə latte, potofe — nə sifariş versəniz dadlı və ucuz olacaq.

Qəhvə və səhər yeməyi üçün Big Apple Coffee Shop kafesinə üz tutun. Toyuq budu və parmezanlı qreçottonun danına mütləq baxın. Qreççotonun qiyməti 2450 tenge (9,60 AZN) kapuçinonun qiyməti isə 950 tenge (3,73). 

Terrasalı işıqlı kafe Coffee Room  günü bir fincan qəhvə və dadlı səhər yeməyi ilə başlamaq üçün ideal yerdir. Səhər yeməkləri burada ölkələr üzrə bölünüb. Ortalama hesab 4300 tenge olacaq (17 AZN). Axşamlar isə burada dostlarla görüşüb kokteyl içib pizza yemək olar. Bu da ortalama 6000 tengeyə başa gələcək (24 AZN).

Кино” kafesi Arbatın ürəyində yerləşir və tələsmədən canlı musiqili və şərablı axşam keçirmək üçün idealdır. Demək olar ki, hər gün burada canlı konsertlər olur. Hər həftənin dördücü günü isə burada stendaplara gəlib, yerli yumor hissi ilə tanıç olmaq olar. Elə bu kafedə ədəbiyyat axşamları və kino seansları da olur.

Digər yerlər

Rock Crystal restoranına və ya “Рыба моей мечты” sevdiyiniz mahnıları ürəkdən karaokedə oxumaq üçün gedə bilərsiniz. Bir nəfərə ortalam hesab saatda 3000—5000 tenge arasıdır (12-19,60 AZN)

Gürcü mətbəxindən zövq almaq üçün Shavlego restoranına üz tutun, nəhəng xaçapurinin dadına baxmaq üçün isə “Хачапури Хинкальевич”-ə. Bu xaçapuri ilə bir neçə nəfər tam doyacaq, qiyməti isə 6000 tengedir (23,50 AZN). Acaruli xaçapuri istəyirsinizsə “Дареджани” restoranı sizi gözləyir. Qiymət 1790 tenge (7 AZN)

Müasir Asiyanın dadları üçün Luckee Yu restoranını ziyarət edin. Bu qəşəng Çin restoranı sizi Honq-Konq atmosferinə qapının ağzında qərq etməyi vəd edir. İstiridyə sousunda krevetli yumurta əriştəsi, ilan balığı rrolları və şaftalı sodcusu — dəniz məhsulları həvəskarları üçün həqiqətən dadlı birləşmədir. Belə doyumlu bir şam yeməyi sizə 9197 tengeyə başa gələcək (36,10 AZN)

Balu — Avropa mətbəxi və gözəl təqdimatı olan gözəl kafe, burada İtalyan pastasına, rizottoya və bruskettaya üstünlük verilir. Nahar üçün əladır. Bir əsas yemək və bir qədəh şərab — 3700 tenge (14,50 AZN)

Beynəlxalq mətbəxi və gözəl yeməkləri təqdim edən daha bir gözəl restoran — “Печь”. Siz tərəvəz ilə dəvə langetinin dadına baxa bilərsiniz və üstündən sevdiyiniz pivəni seçə bilərsiniz. Belə bir şam yeməyi 5200 təngəyə (20,50) başa gələcək.

İçmək və rəqs etmək

Autentik Le Jañbyr barında adətn kreativ cavanlar vaxt keçirir. Bura maraqlı tanışlıqlar, yerli musiqi qruplarının çıxışları, yaxşı söhbətlər və dadlı pivə üçün gəlirlər. Bar stendi və divarlar qonaqların yazıları ilə doludur. Siz də barmendən flomaster istəyib, arzuladığınız hər şeyi yaza bilərsiniz. Nə sifariş etmək olar? “İslamın qozları” kokteylindən başlamaq olar, məsələn… Qiyməti 1700 tenge (6,70 AZN).

Elektron musiqi sevirsinizsə, və texno musiqisi ilə rəqs etmək istəyirsinizsə VZLETNAYA adlı gizli kluba gedə bilərsiniz. Klubun yerləşdiyi binada heç bir banner yoxdur və ilk baxışdan burada klub olduğunu başa düşmək mümkün deyil. Rəqs meydançasına çatan kimi buranın azadlıq ilə nəfəs aldığını hiss edəcəksiniz. Yerli DJ-lərin setləri və tünd qırmızı işıqlandırma sizə xüsusi hisslər yaşatdıracaq. Böyük qadın başı heykəli ilə şəkil çəkdirməyi unutmayı. Nə? Aha, özünüz görəcəksiniz!

Almatı boheması ilə tanış olmaq üçün ən eleqant paltarlarımızı geyib Lolita adlı bara üz tuturuq. Burada “Great Gatsby” atmosferini hiss edəcəksiniz. Şampan şərabı içib fəlsəfi söhbətlər etməyi sevirsinizsə, bu yer sizin ürəyinizə mütləq yatacaq. Bu arada, hər həfətnin üçücü günü burada çampan şərabının bir qədəhi 1000 tengeyə (3,90) olur.

Viski, rok-n-roll və qaydasız istirahət! Bu sizin haqqınızdadır? O zaman, William Lawson's 13 adlanan çotland pabına üz tutun. Atmosfer isə belədir: 30+ yaşlı auditoriya, böyük porsiyalar, kraft pivə, çoxlu viski. Burada ən çox sifariş verilən yemək iki kotletli meksikan burgeridir, qiyməti 2499 tengedir (9,82) və o bu pulun hər qəpiyiə layiqdir.

Бармаглот” adlı barda bir daşla üç quşu vurmaq olar. Burada həm dadlı yemək, həm gözəl interyerdən zövq almaq, həm də ürəkdən rəqs etmək olar. Barmenə sevdiyiniz işkiləri sadalayın və o sizin üçün xüsusi miks hazırlayacaq. Ortalama olaraq bir içkinin qiyməti 2400 tengedir (9,49 AZN). Axşama yaxın burada musiqinin səsi ucalır.

Bar Fly” adlı məkanı mütləq siyahınıza daxil edin. Şəhərin belə füsünkar məzərəsi heç yerdə yoxdur, demək olar ki.Bar otelin 26-cı mərtəbəsində yerləşir. Burada avropa mətbəxini və 50-dən çox içkini tapa bilərsiniz.

Dağlar

Ən sadə gəzintiyə çıxarkən belə, dağlarda havanın şəhərdən çox fərqli ola biləcəyini unutmayın. İsti ayaqqabı və  suya davamlı gödəkçə geyin. Bel çantanıza marşrutun mürəkkəbliyindən asılı olaraq qəlyanaltı və ya yemək, papaq, əlcək, şərf, su və ya çay termosu qoyun.

Dağlara gedərkən, ilk növbədə təhlükəsizlik haqqında düşünməlisiniz — xüsusən də gəzintini özünüz təşkil etmisinizsə. Dağlara tək getmək qətiyyən tövsiyə edilmir — fövqəladə hallarda kömək çağırmağa belə vaxtınız olmaya bilər.

Oflayn naviqator “2gis”-də “Visit Almaty” komandasının Almatı ətrafındakı dağ yolları boyunca hazır marşrutları var. Onları görmək üçün cığırın və ya zirvənin adını yazmaq kifayətdir.

Böyük Almatı gölü

Almatıdan məsafə: 15 km
Oraya necə çatmaq olar: piyada, velosipedlə və ya avtomobillə. İndi bəndin tikintisi ilə əlaqədar yalnız səhər saat 6-dan 8-ə kimi, ya da günorta 13-dən 14-ə qədər və ya axşam saat 19-dan 20-dək gölün yaxınlığındakı dərədə gediş-gəliş mümkündür. Sonra isə piyada.
Qiymət: pulsuz, sadəcə eko-post üçün ödəniş etməlisiniz

Tyan-Şan şam ağacları, ağcaqayın, ardıc və dördminlik zirvələrlə əhatə olunmuş firuzəyi göl zəlzələ nəticəsində əmələ gəlib və Alatau-İli Milli Parkının ərazisində yerləşir. Ən isti günlərdə belə burada su soyuqdur, amma il boyu gölün sehrli rənginə heyran olub, dağ havası ilə nəfəs almaq və fonda şəkil çəkdirmək olar.

Gölə gedən yol maşınla təxminən bir saat çəkir. Yerlilər özləri kafelərə görə buranı “manqal küçəsi” adlandırırlar. Yolda siz təkcə gölün özünə deyil, həm də Sovet zirvəsinə, dərələrə və Tyan-Şan astronomik rəsədxanasına və kosmik stansiyasına baxacaqsınız.

Müşahidə göyərtəsinə avtomobillə «Əl-Farabi prospekti — Nəvai küçəsi» kəsişməsindən Dulati küçəsi boyunca ekoposta doğru hərəkət edə bilərsiniz. Sonra maral heykəlinin yerləşdiyi çəngəyə doğru sürün; sola dönün və asfaltda davam edin, Ayı dərəsinin üstündəki serpantin boyunca hərəkət edin. Yeri gəlmişkən, kiçik bir səfərdə ekstremal və maksimum aktivlik istəyirsinizsə, ora velosipedlə və ya yayda hətta piyada gedə bilərsiniz.

İssık gölü

Almatıdan məsafə: 70 km
Oraya necə çatmaq olar: həftə sonu turunun bir hissəsi kimi və ya təkbaşına, avtomobillə
Qiymət: eko-haqq adambaşına 252 tenge (0,99 AZN)

Bu dağ gölü dəniz səviyyəsindən 1760 metr hündürlükdə yerləşir və mənzərəsi, “Kreml divarı” şəklindəki dərələrə və qayalara açılır. İssık gözəlliyinə görə İli Alataunun mirvarisi hesab olunur. Yaxınlıqda sıx meşələr və çiçəkli çəmənliklər var.

Gölün digər adı Qazax dilində “qapı” mənasını verən Esikdir. Sovet dövründə gölə Xruşov, Kunaev və digər yüksək səviyyəli qonaqlar gəlirdi, o vaxt yerli sakinlər gölə «yaşıl göl» deyirdilər.

Gölə gedən asfalt yol var, belə ki, siz hətta maşınla müşahidə göyərtəsinə çata bilərsiniz. İssık şəhərinin girişinə qədər Kuldzhinsky traktı ilə təxminən 35 kilometr sürmək lazımdır. Əlavə olaraq, işarələrə əməl edərək, gölə gedən yolu asanlıqla tapa bilərsiniz. Şəhərdən gölə olan məsafə təxminən 15 kilometrdir.

Gölün ətrafı nəcibdir və şərti olaraq iki hissəyə bölünür: solda — yaxşı təchiz olunmuş çəmənlik, sağda — yolsuzluq. Hər şəraiti olan çadırda dincəlməyi sevənlər üçün də, piknik sevənlər üçün də yerlər var. İssık gölünün ətrafında çardaqlı taxta masalar quraşdırılıb — pis hava şəraitində gizlənmək üçün yer olacaq.

İle-Alatau milli parkı

Relikt mamırlı şam ağacı meşələrinin, şəlalələrin, alp göllərinin, hətta daş buzlaqların və buzlaqların olduğu ölkənin əsas təbiət parkı — bütün bu təbii müxtəliflik təxminən 200 min hektar ərazidə yerləşir. Parkın ərazisi böyükdür və dörd qola bölünür: Aksay, Medeu, Talgar və Turgen.

Medeu qolunda Furmanov zirvəsinə (zirvələrin ən əlçatanı, dəniz səviyyəsindən 3053 metr hündürlükdə) qalxa, Butakovski şəlaləsində dincələ və Kok-Jailau traktının yaxınlığında gəzə bilərsiniz — bunlar, bəlkə də, təkcə turistlərin deyil, həm də şəhər sakinlərinin ən sevimli yerləridir.

Turgen qolunda Assy Yaylağına baş çəkin — ölkənin ən böyük astronomik rəsədxanası Assy-Turgen də orada yerləşir, buraya Qazaxıstanın hər yerindən minlərlə insan teleskoplar vasitəsilə ulduzları müşahidə etmək üçün axışır. Və nəhayət, parkın Talqar filialında siz yerli əhali arasında “Meşə nağılı” kimi tanınan il boyu fəaliyyət göstərən Oi-Qaragai dağ kurort-otelinə baxa bilərsiniz.

Park haqqında başqa nə bilirik? Fauna 2000-ə yaxın heyvandan, o cümlədən həşəratlardan, dağ yamaclarında yaşayan 270-ə yaxın vəhşi heyvan növündən ibarətdir. Park təkcə iynəyarpaqlı meşələri ilə deyil, həm də Qazaxıstanın Qırmızı Kitabına düşən heyvan və bitkiləri ilə məşhurdur. Məsələn, Türküstan vaşaqları, hind kirpiləri, Tyan-Şan qonur ayıları və qar bəbirləri yaz qış yuxusundan sonra orta dağların əlçatmaz yerlərində gəzirlər. Yeri gəlmişkən, Almatı şəhərinin gerbində məhz qar bəbiri təsvir olunub.

Milli parkda onlarla gəzinti yolu və at cığırları var. İnfrastruktur həm bir günlük, həm də çoxgünlük gəzinti etməyə imkan verir. Buraya səkkiz girişdən (ikisi şəhərdə, altısı rayonda) daxil ola bilərsiniz və onların hamısı avtomatlaşdırılıb. Rüsumu ya parkın girişində Onay nəqliyyat kartı, Kaspi.kz bank tətbiqi, bank kartı ilə və ya rəsmi internet saytında əvvəlcədən ödəyə bilərsiniz.

Rayon

Çarın kanyonu

Almatıdan məsafə: 195 km
Oraya necə çatmaq olar: avtobusla, həftə sonu turunun bir hissəsi kimi və ya təkbaşına, avtomobillə
Qiymət: giriş 700 tenge (2,75 AZN), maşınla giriş 110 tenge (0,43 AZN)

Çarın kanyonunun təxminən 12 milyon il yaşı olan təbiət abidəsi olduğunu, buradakı sıldırım dağların hündürlüyünün 300 metrə çatdığını və kanyonda 1500-dən çox bitki növünün olduğunu, onlardan 17-nin nəsli kəsilməkdə olan hesab edildiyini, burada 62 növ məməlilərin, 103 növ quşun və 25 növ sürünənlərin yaşadığını demək olar, lakin turistlər belə məlumatları nadir hallarda xatırlayırlar, o qədər də maraqlı deyil.

Unikal təbiətinə görə Çarın film, klip və digər video çəkiliçləri üçün də populyar məkandır. O, bir çox Avropa və Rusiya blogerinin kontentində olub.

«Altın-Emel» Milli Parkı

Almatıdan məsafə: 250 km
Oraya necə çatmaq olar: həftə sonu turunun bir hissəsi kimi və ya təkbaşına, avtomobillə
Qiymət: giriş 800 tenge (3,14 AZN), parkinq 200 tenge (0,80 AZN), çadır üçün yer 128 tenge (0,50 AZN)

Əfsanəyə görə, bu ərazinin adını günəş batanda silsilənin üstündəki aşırımı görüb “Qızıl yəhər!” deyən Çingiz xan qoyub («altın emel» kimi tərcümə olunur). Bu həqiqətdir, yoxsa sadəcə bir əfsanədir — dəqiq deyə bilmərik, amma aydındır ki, bu milli parkın dadını çıxarmaq üçün ona 2-3 gün ayırmaq vacibdir.

Məsələn, kanyonlar və dərələrlə bəzədilmiş rəngarəng Aktau dağlarına — və ya bir vaxtlar vulkan püskürməsi nəticəsində yaranan Katutau dağlarına getməyə dəyər. Yolda siz Kosbastau traktının kölgəsində istirahət edə bilərsiniz — orada çoxunun 700 ildən çox yaşı olan relikt söyüdlər bitir. Sakların başçılarının dəfn olunduğu kurqanlar kompleksini ziyarət edin, menhirlərə və petroqliflərə heyran olacaqsınız.

Şokan Uəlixanovun bulağına bir də nəzər salın. Və təbii ki, parkın simvolunu — atdığınız hər addımda və ya küləyin nəfəsində uğultu yayan “Singing Dune”-ni qaçırmaq olmaz. Ancaq yeni biliklərdən və hisslərdən bezmisinizsə, burada düşərgələr, otellər, kafelər və saunalar da var.

Kolsay gölləri

Almatıdan məsafə: 330 km
Oraya necə çatmaq olar: həftə sonu turunun bir hissəsi kimi və ya təkbaşına, avtomobillə
Qiymət: giriş 727 tenge (2,86 AZN), parkinq 200 tenge (0,79 AZN), çadır üçün yer 750 tenge (2,95 AZN).

Üç göl «Külsay kulderi» dövlət milli parkının ərazisində yerləşir, onları tez-tez «Şimali Tyan-Şanın mirvarisi» adlandırırlar, ora da çox gözəldir və parkın özü “UNESCO”-nun dünya biosfer ehtiyatlar şəbəkəsinə daxildir. Ancaq turistlər buraya təkcə iynəyarpaqlı meşə ilə əhatə olunmuş göllərin mənzərələri üçün deyil, həm də açıq havada gəzintilər üçün gəlirlər: qayıqla gəzinti, at çapma, trekking.

Bu arada, çadırlarda yaşamaq mütləq deyil (əgər özünüz də bunu istəmirsinizsə, əlbəttə ki) — parkın və qonşu kəndin ərazisində 70-ə yaxın müxtəlif rahatlıq səviyyəli qonaq evi və istirahət mərkəzləri var. “Saty” — gündə üç dəfə yeməklə yaşayış dəyəri adambaşına 4500 (17,70 AZN) tengedən başlayır. Pəhrizin əsasını yerli məhsullardan hazırlanan milli mətbəx təşkil edir ki, bu da ekoturizmin mühüm hissəsini təşkil edir.

Assı platosu

Almatıdan məsafə: 90 km
Oraya necə çatmaq olar: təkbaşına, maşınla
Qiymət: pulsuz, sadəcə eko-post üçün ödəniş etməlisiniz

Bir vaxtlar Assı platosundan Hindistan və Orta Asiyanı ticarət karvanları keçirdi, indi isə bu populyar turistik marşrutdur. Marşrut Turge dərəsinin şəlalələrindən başlayır və Bartoqay su anbarında bitir (və ya əksinə). Buranı maraqlı təbiəti var. Dərəda meşəlik və çəmənliklər var, çaylar axır və bu gözəllik qarlı dağ zirvələri ilə əhatə olunub.

İnsanlar buraya çadırda və ya kirayə yurtada yaşamaq, balıq tutmaq, at çapmaq və təzə kumızdan dadmaq, çəhrayı qayaların fonunda selfi çəkdirmək və təbii ki, ulduzlara baxmaq üçün gəlirlər. İdeal astroiqlim sayəsində Qazaxıstanın ən böyük teleskopu olan Assı-Turgen rəsədxanası məhz burada yerləşir — təbii ki, orada tədqiqatlar aparılır, lakin ziyarətçilərə də icazə verilir. Amma burada ulduzlar heç bir avadanlıq olmadan da aydın görünür.

Kaindı gölü

Almatıdan məsafə: 315 km
Oraya necə çatmaq olar: həftə sonu turunun bir hissəsi kimi və ya təkbaşına, avtomobillə
Qiymət: giriş 727 tenge (2,86 AZN), parkinq 200 tenge (0,79 AZN), çadır üçün yer 750 tenge (2,95 AZN).

Axtarışa «planetin ən gözəl gölləri» sorğusunu daxil etsəniz, demək olar ki, hər bir kolleksiyada Kaindını tapa bilərsiniz — onun mənzərələri çox heyrətamizdir. «Ölü göl»ün necə yarandığı ilə bağlı əfsanələr var, amma əslində hər şey daha sadədir: 1911-ci ildə bu ərazi zəlzələ nəticəsində su altında qalıb, iynəyarpaqlı meşənin yerində su anbarı əmələ gəlib.

 

Kaindını həm ayrı-ayrılıqda, həm də Kolsay göllərinə ekskursiya çərçivəsində ziyarət edirlər — onlar bir parkın ərazisində yerləşir və aralarında cəmi 12 km məsafə var. Beləliklə, siz Satı kəndinin və milli parkın bütün infrastrukturundan (qonaq evləri, kafelər, yurd kirayəsi və at kirayəsi) istifadə edə bilərsiniz, lakin Kaindıda tamamilə unikal bir seçim var: ölü ağac cəmdəkləri arasında üzmək.

Maraqlı təbiət, zəngin mədəni həyat, dadlı restoranlar, əla partilər… Alma muzeyi! Dəvə langeti! Gizlin klublar! Kolsay gölləri! Sözün düzü, sizin niyə hələ də Almatıda olmadığınızı başa düşmürük!

 

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy