16 Dekabr 2021

Hər şeyi nəzərə almışıq: Almatıda ideal iki gün — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Çoxdandır Asiyaya səyahət etmək istəyirdiniz və tranzitli reyslərə, yüksək qiymətlərə görə ertələyirdiniz? Sizə Almatını məsləhət görürük. Həm birbaşa uçuşlar var, həm də qiymətlər yaxşıdır. Bir-iki gün gəzərsiniz, maraqlı yerlərdə vaxt keçirərsiniz. İstəsəniz, oradan başqa Asiya ölkələrinə də uça bilərsiniz. Rahat uçuşlar çoxdur.

Hava

Komfortludur. Hətta yay aylarında Almatını əhatələyən dağların sayəsində şəhər çox qızmır. Ən soyuq vaxt dekabr-fevral arasıdır. Göstəricilər -10 dərəcəyədək düşür. Yayda isə hava 32 dərəcəyədək qıza bilər.

Harada yaşamaq olar

Otel

Gözəl və rahat oteldə 16000-23500 tenge arası ödənişlə (50-90 AZN) gecələyə bilərsiniz. Məsələn, məşhur “Qazaxstan” otelində, panoramalı barla, şəhər və ya dağ mənzərəli otaqda bir nəfər üçün qiymət 19800 tenge təşkil edir (77 AZN).

Renion Park”  və “Shera Park boutique hotel”-də də gecələmək xoşunuza gələ bilər. Birncinin qiyməti 19 450 tenge (75 AZN), ikincinin isə — 18 000 tenge (70 AZN) təşkil edir.

Hostel

2000—3500 tenge ödəyərək (8-14 AZN) təmiz bir hosteldə gecələyə bilərsiniz. Məsələn yeni, maraqlı stili olan “My Hostel”-də 3250 tengeyə (13 AZN) 10 nəfərlik otaqda yer götürüb gecələyə bilərsiniz.

Mənzil

Şəhərin mərkəzində xudmani bir məzil? Ok, 15000-23500 tenge (58-91 AZN) arası ödəniş edirsiniz və rahat gecələyirsiniz.

Şəhər gəzintiləri üçün

Şəhər görüdüyündən böyükdür. Vaxtınıza qənaət etmək üçü ictimai nəqliyyatdan istifadə etməyi məsləhət görürük.

Bir gedişin qiyməti 150 tengedir (0,58 AZN). “Onay” nəqliyyat kartı alsanız, bir gediş sizə 80 tengeyə (0,31 AZN) başa gələcək. Kartın qiyməti 500 tengedir (1,95 AZN).

Ölkəyə necə getmək olar?

Təyyarə ilə. Peyvənd sertifikatından asılı olmayaraq,  girişdən maksimum 72 saat əvvəl alınan neqativ PSR testi cavabı göstərməlisiniz.

Hava limanından şəhərə necə gəlmək olar

Variant 1. “Аэропорт” dayanacağıdan 79, 86, 92, 106 nömrəli marşrutlardan birini seçərək mərkəzə çata bilərsiniz.
Variant 2. “Яндекс.Такси”, “Uber”, “Максим”. Gediş sizə 13-15 AZN-ə başa gələcək. 

Gün 1

Səhər yeməyi

Yaxşı əhvalı səhərdən yaratmaq lazımdır. Dadlı səhər yeməyi əhvalınızın qalxmasının qızıl açarıdır. Bunun üçün “Vanilla” kafesini məsləhət görürük. Paşot yumurtalı avokadolu tost və lavandalı qəhvə — 3700 tenge (15 AZN)

www.vanilla-coffee-shop.business.site


Mərkəzi muzey

Giriş bileti 500 tengedir (1,95 AZN), ekskursiyalar isə 1000 tengedən (3.88 AZN) başlayır.

Yeyib doyduqdan sonar yollanırıq muzeyə. Burada 200 000-dən artıq eksponat və 7 zal var. Muzey Qazaxıstanın qədim tarixindən başlayaraq bir çox mövzunu əhatə edir. Şəkillər, rəsm əsərləri, milli geyim, alətlər – nə istəsəniz tapa biləcəksiniz. Özünüzü ekskursiyaya gələn məktəb şagirdi kimi hiss edəcəksiniz.

www.csmrk.kz 


 

Kok-Tobe parkı

İki tərəfli kanat yolu 2500 tenge (9,70 AZN). Стоимость одного аттракциона — 500-1500 тенге (84-250 рублей на ноябрь 2021) Bir attraksionun qiyməti isə 500-1500 tenge arası dəyişir (1,96-5,90 AZN).

bu özü maraqlı bir təcrübədir. Yuxarıda sizi əyləncə parkı, şəhərin gözəl mənzərəsi və “Beatles” qrupunun bürünc heykəli gözləyir.

www.koktobe.com


 

Nahar

Tavada qaymaqlı souslu, göbələkli can əti və ev sayağı çiyələk-marakuya limonadı sizə 4345 tengeyə (17 AZN) başa gələcək.

İştahınız oyandı? Əla! “Presso” restoranında dünyanın fərqli mətbəxlərinin dadlı yeməklərini sifariş edə bilərsiniz. Restoranın atmosferi də xüsusidir. Burada uşaqlar üçün də əyləncə otağı var. Ailəvi istirahət üçü də ideal məkandır.

www.presso.kz


 

Arasan

Giriş 1450 təngədən başlayır (5,70 AZN), hamamçı xidmətləri — 2000 təngə (7,85 AZN), bütün bədənin massajı 9000 təngə (35,30 AZN).

Arasanda sizi saunalar, hovuzlar, massaj kabinetləri, pilinqlər və digər SPA prosedurlar gözləyir. 

www.arasan-spa.kz


 

Jibek Jolı küçəsi

Gəzmək üçün Jibek Jolı küçəsini məsləhət görürük, bir növ bizim “Torqovı” kimidir. Piyadalar üçündür, mağazalar, restoranlar, suvenirlər, musiqiçilər. Burada hər şey var. Hətta “Passaj” və “MUM”-da buradadır.



Abay adına opera və balet teatrı

Biletlər 1500—2000 tengedən (6-8 AZN) başlayır.
Qazaxıstanda italyan klassisizmi də bir növ mütləq görülməli şeydir. Axşam vaxtı bura instrumental musiqi konserti, opera və ya baletə getməyi məsləhət görürük.

www.gatob.kz


 

Axşam yeməyi

“File minyon” və ya “Nyu-York” steyki seçiminizə uyğun qarnirlə və şaftalı “Bellini”-si. Cəmi 8525 tenge (33 AZN).

Crudo” restoranına Yeni Zelandiya və Qazaxıstan mal ətində ideal steyklər hazırlayırlar.

www.pgr.kz/rest/stejk-haus-crudo-na-abaya/


 

Dijestiv

Bir qədəh viskinin (25 ml) qiyməti ortalama 600-1500 tenge (2,30-5,90 AZN). 

Axşam yeməyimizi yedik, amma adam heç evə getmək istəmir. Bəlkə şotland barına gedək? Onsuz da gəzirik. “William Lawson's 13” barında əla viskinin dadına baxmaq olar. Menyuda 40 növ viski var. Hamsının dadına baxmaq məcburiyətində deyilsiniz amma. 

www.wl13bar.kz


Gün iki

Səhər yeməyi
“Uzaq şərq səhər yeməyi”: asparaqus və yumurta ilə servis edilən ağ şərabda bişmiş skalloplar, krab əti və qırmızı kürülü buterbrodlar sizə 5300 tengeyə (21 AZN) başa gələcək. Kapuçinonun qiyməti isə 950 tengedir (3,70).
Big Apple Coffee Shop” kafelərində dadlı səhər yeməyi 12:00-dək verilir. Səhər yeməyi sifariş etdikdə zövqünüzə uyğun bir fincan qəhvəni hədiyyə alacaqsınız.

www.bigapple.kz


 
Qorki adına mərkəzi mədəniyyət və istirahət parkı

Dincəlməyə bura gəlirik. Alleyaları gəzirik, quşlara yem veririr, yaşıllıq və kabab ətirlərindən zövq alırıq. Heyvanları yedizdirmək istəsəniz, zooparka da girə bilərsiniz.
Zooparka giriş — 800 tenge (3,10 AZN).

https://almatyzoo.kz


 

Mərkəzi məsçid

Məsçidin içi də gözlədir: günbəz içəridən rəngli mozaika ilə bəzədilib, oturacaqlar xüsusi ağac növündən hazırlanıb, ətrafı isə böyük təntətnəli çılçıraq işıqlandırır. Giriş sərbəstdir, sadəcə örtük tələb olunacaq.



Yaşıl bazar

Orta Asiyaya gəlib bazara getməmək? Elə şey yoxdur! Yaşıl bazara ac və ayaqyalın gəlmək lazımdır. Burada milli xorəklərdən dadacaqsınız, suvenirlər və milli geyim ala biləcəksiniz. Ümumiyyətlə, əla vaxt keçirəcəksiniz.


 
28 Pafilovçu parkı

28 Panfilovçu parkında Milli musiqi alətləri muzeyi yerləşir. Əgər musiqi fanatısınızsa, milli musiqini dinləmək və onların hansı alətlərdə ifa olunduğunu bilmək istəyirsinizsə, bura mütləq baş çəkin. Eyni parkda Hərbi tarix muzeyi yerləşir. Sovet vaxtının hərbi texnikası ilə maraqlanırsınızsa, sizə maraqlı olacaq. Burada maşınlar, minomyotlar və sair hərbi texnika və hərbçilərin şəxsi əşyalarını görə bilərsiniz. Hər iki muzeyə giriş bilitenin qiyməti 500 təngə (1,96 AZN) təşkil edir.


 

Nahar

Qızıl balıqlı və krevetli şorba, sobaba bişmiş badımcan və feta pendiri, qabaq kürüsü, “Tarxun” limonadı — 9361 tenge (37 AZN).
Nahar dadlı və doyumlu olmalıdır. “Хороший год” restoranı avropa yeməklərindən ibarət menyusu ilə heç yerə tələsməyən turist üçün ideal sakit yerdir.

www.хорошийгод.kz



Kasteyev adına dövlət incəsənət muzeyi

Giriş 500 tenge (1,94 AZN)

İncəsənətlə maraqlanırsınızsa, bura mütləq gedin. Qazaxıstanın incəsənətinin necə və nədən başladığını, habelə bu günlərdə necə olduğunu öyrənmək üçün uyğun yerdir.

www.gmirk.kz/ru/


 

Botanika bağı

Giriş biletinin qiyməti 900 təngə (3,53 AZN).
Axşam yeməyindən əvvəl burada gəzinti maraqlı fikirdir. Sakitlikdən zöv alarsınız, yaşıl alleyalarda dincələrsiniz. Bu bağın ağacların dünyanı hər bir yerindən gətirilib.


 

Axşam yeməyi

Sirkə və pomidorlu sibas balığı filesi, bir qədəh ağ kaliforniya çaxırı. Desertə kokoslu və şokoladlı sorbet, rom kökələri, qaymaqlı krem. Ümumi hesab — 15 576 tenge (60 AZN).

Olivier Restaurant”-ın eleqant interyerində aşbaz Aleksey İsayevin təqdimatında Rusiyanın, Avropanın və Yaponiyanın ənənəvi yeməklərini dada bilərsiniz.

www.pgr.kz/rest/olivier-restaurant-bar/

“Mura National Kitchen and Wine” də axşam yeməyi üçün yaxşı seçimdir. Burada ənənəvi qazax mətbəxini modern üslubunda bişirlər.

https://muranationalkitchenandwine.business.site/


 

İçmək və rəqs etmək


0,5 lit pivə sizə 3600 tengeyə (14 AZN) başa gələcək/

All Saints Bar”-ın devizi: «Yaxşı insanlar öləndən sonra bara düşürlər». Mübahisə etmək fikrimiz yoxdur. Sadəcə oturaq, sidr sifariş edək və musiqinin səsinin ucalmasını gözləyək.

www.allsaintsbar.kz


Vaxtınız qalıbsa, bu yerləri də məsləhət görürük:

 

 

 

 

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy