22 Mart 2021

"Ofisiniz yoxdur?" – Aviasales cavablandırır — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Aviasales.az sizin dostunuzdur (onlayn bilet axtarışı sistemidir). Artıq heç kimin cavabını gözləməyə, heç yerə getməyə ehtiyac yoxdur. Bütün qiymətlərə bir yerdə baxa bilərsiniz.

Telefondan, planşetdən və ya kompyüterdən –  fərq etməz. Rahat olan üsulla saytımıza və ya tətbiqimizə daxil olursunuz və biletinizi tapırsınız.

Sizə lazım olan istiqaməti, tarixi və sərnişin sayını qeyd edirsiniz və bütün biletlər bir neçə saniyəyə sizə qiymətlərlə və ətraflı məlumatla birgə göstərilir. 

Bu məqalədə tez-tez verilən sualları cavablandırırıq.

 

Sual: Aviaşirkət, səyahət agentliyi və axtarış sistemi. Fərqləri nədir?

Aviaşirkətlər uçuşları yerinə yetirir. Onların təyyarələri, pilotları, hava limanlarında öz yerləri olur. Məsələn, Azal, Türk Hava Yolları, Lufthansa kimi şirkətlər – aviaşirkətdir. Onlar öz saytlarında da bilet satırlar, kassalarında da. 

Səyahət agentlikləri vasitəçidir. Onlar sizə bilet seçimi və alışı, viza dəstəyi, otel bronu, tur kimi xidmətlər göstərə bilər. Səyahət agentlikləri işinizi asanlaşdırır və əlavə xidmət haqqı alır və bu tamamilə normal bir haldır.

Axtarış sistemləri öz səyahətini özü qurmaq istəyənlər üçün əla seçimdir. Niyə? Çünki bu tip saytlar və ya tətbiqlər sizin üçün bazarda olan təklifləri bir yerə yığır və işinizi asanlaşdırır. Məsələn booking.com-da otel, airbnb.com-da mənzil və ya tur, trendyol.com-da istədiyiniz əşyanı və ya geyimi seçə bilərsiniz. Bu saytlar otel, ev, əşya və ya geyim sahibi deyil, sadəcə sizi lazım olan təkliflərlə birləşdirən vasitəçi platformadır.

Aviasales.az-da məhz belə bir axtarış sistemidir. Saytımıza daxil olursunuz, sizə lazım olan tarixi, istiqaməti, sərnişin sayını və sair detalları daxil edirsiniz, bir neçə saniyə ərzində mövcud təkliflərə baxıb müqayisə edib, sizə lazım olanını seçə bilərsiniz.

Sual: Ok, bildik. Siz bilet satmırsınız. Bəs bileti necə alaq?

Saytımızda ürəyinizə yatan, axtarışınıza uyğun bileti seçirsiniz və «almaq» düyməsini basırsınız, avtomatik keçirsiniz bileti satan şirkətin və ya agentliyin saytına. O saytda pasport, bank kartı, e-mail məlumatınızı qeyd edirsiniz və bileti alırsınız. Alışdan sonra 3 saat ərzində elektron bilet və satıcının əlaqə məlumatı e-mail ünvanınıza göndərilir. Bu bileti çap edərək özünüzlə götürə bilərsiniz.

Sual: Biletlər niyə belə bahadır?

Bu suala adətən «bizdən olsa, pulsuz olsun» cavabını vermək istəyirik, amma bizdən deyil. İş orasındadır ki, biz bilet qiymətlərinə müdaxilə edə bilmərik. Biletlərin qiymətlərini heç bir əlavə olmadan, satıcının saytında yerləşdirildiyi kimi sizə göstəririk. Əgər hər-hansı bir aviaşirkət ucuz biletləri elan edibsə və siz o qiymətə bilet tapa bilmirsinizsə, deməli o tariflə olan biletlər ya bitib, ya da qiymətləri qalxıb

Sual: Bileti aldıq, bəs problem olsa kim cavabdehdir?

Biletə satıcı cavabdehdir. Əgər bileti dəyişdirmək və ya qaytarmaq istəsəniz, əgər uçuş təxirə düşsə və ya aviaşirkətlə bağlı başqa bir problem yaransa, bilet satıcısı ilə əlaqə saxlamalısınız. 

Biz yalnız güvənilən şirkətlərlə əməkdaşlıq edirik, buna görə də, əadətən problem yarananda həllini tez tapır.

Əgər satıcı ilə hər-hansı səbəbdən əlaqə yaratmq alınmırsa, bizə biletinizi və/va ya bileti satan şirkətlə olan yazışmanızı göndərin, yardımçı olaq.

Sual: Ok, bunu da bildik. Bəs ofis? Bəs telefon? Bunlar niyə yoxdur?

Biz Azərbaycan bazarında onlayn fəaliyyət göstəririk, ofisimiz yoxdur. Instagram, TelegramFacebook səhifələrimizdə suallarınızı cavablandırmağa hazırıq.

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy