6 İyun 2022

Azərbaycana yenilənmiş giriş qaydaları — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Epidemioloji vəziyyətin yaxşılaşması və koronavirusa qarşı fəal peyvəndləmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, Azərbaycan, karantindən azad sərhədlərin açılması, maksimal səviyyədə təhlükəsiz səyahətin təmin olunması, turizm sənayesinin və beynəlxalq aviadaşımaların bərpasına yönəldilmiş qlobal təşəbbüsə mərhələli şəkildə qoşulur.

Bu baxımdan, Azal sərnişinlərə ümumi məlumatı və tez-tez verilən sualların cavablarını təqdim edir:

1. Azərbaycan ərazisinə hava nəqliyyatı ilə hansı şəxslər və hansı şərtlərlə daxil ola bilər?

— Epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Azərbaycan 2020-ci ilin mart ayından aşağıdakı qeyd olunan ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin hava yolu ilə girişinə tətbiq edilən məhdudiyyətləri ləğv edib:

ABŞ, Albaniya, Almaniya, Argentina, Avstraliya, Avstriya, BƏƏ, Bəhreyn, Belarus, Belçika, Birləşmiş Krallıq, Bolqarıstan, Braziliya, Bruney, Butan, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya, Çili, Çin, Danimarka, Dominik Respublikası, Ekvador, El Salvador, Estoniya, Filippin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, Honq-Konq (ÇXR), İndoneziya, İordaniya, İran, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kamboca, Kanada, Kipr, Kolumbiya, Kosta Rika, Kuba, Küveyt, Laos, Latviya, Litva, Livan, Lüksemburq, Macarıstan, Makedoniya, Malayziya, Maldiv adaları, Malta, Mavrikiy, Meksika, Mərakeş, Misir, Moldova, Monqolustan, Monteneqro, Myanma, Nepal, Norveç, Oman, Özbəkistan, Pakistan, Panama, Paraqvay, Peru, Polşa, Portuqaliya, Qazaxıstan, Qətər, Qvatemala, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Sloveniya, Şri Lanka, Tacikistan, Tayland, Tunis, Türkiyə, Türkmənistan, Ukrayna, Uruqvay, Venesuela, Vyetnam, Xorvatiya, Yaponiya, Yeni Zelandiya və Yunanıstan.

Qaydalara əsasən, yuxarıda qeyd olunan ölkələrin vətəndaşları hava yolu ilə Azərbaycana daxil ola bilərlər, bu zaman yaşı 18-dən yuxarı olan şəxslər tam peyvəndləmə və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi (sertifikat) təqdim etməlidirlər. Sertifikatda onun həqiqiliyini təsdiq edən elektron təsdiqləmə atributları (məsələn, QR-kod) olmalıdır. 

2. Azərbaycan vətəndaşları ölkə ərazisinə hansı şərtlərlə daxil ola bilərlər?

— Azərbaycan vətəndaşları, onların birbaşa qohumları (həyat yoldaşı, valideynlər, qardaş, bacı, övladı, babası, nənəsi və ya nəvələri), o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları), habelə Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər hava nəqliyyatı ilə ölkəyə daxil ola bilərlər.

3. Azərbaycandan yola düşən vətəndaşlar arayış və ya COVID-19 pasportu təqdim etməlidirlərmi?

— Azərbaycandan yola düşən sərnişinlər yalnız təyinat ölkəsinə daxil olmaq üçün tələb olunan sənəd və arayışları təqdim etməlidirlər. Azərbaycan tərəfi yola düşən sərnişinlərdən arayış və ya COVID-19 pasportu tələb etmir, lakin təyinat ölkəsində bu sənədlər tələb olunduğu halda uçuşdan əvvəl qeydiyyat zamanı həmin sənədlər yoxlanacaq. Müxtəlif ölkələrin tələblərinə dair aktual məlumatla müvafiq diplomatik qurumların rəsmi saytlarında tanış olmaq tövsiyə olunur.

4. Daxili reyslərin sərnişinlərindən COVID-19-a dair PCR testindən keçmək tələb olunurmu?

— Xeyr, daxili reyslərin sərnişinlərindən COVID-19-a dair PCR testindən keçmək tələbi ləğv edilib. Eyni zamanda, daxili reyslərdən istifadə edən və Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn bütün sərnişinlərdən PCR testi götürüləcək.

5. Azərbaycana hava nəqliyyatı ilə gələn sərnişinlərə hansı özünütəcrid tədbirləri şamil olunur?

— Ölkəyə gəldikdən sonra iki həftəlik məcburi özünütəcrid tələbinə riayət olunması ləğv edilir. Lakin ölkəyə gələn insanlar, bununla belə, ictimai və izdihamlı yerlərdə sosial məsafənin qorunmasını və bütün sanitar-epidemioloji qaydalara riayət etməli olduqlarını unutmamalıdırlar.

 

Mənbə: Azərbaycan Hava Yolları

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy