Bir çox səyahətçinin baqaj yığmaqla bağlı xüsusi ritualları var: çamadanı doldurmaq, çəkisini öyrənmək, artıq əşyalardan azad olmaq, yenidən çəkisini ölçmək, boşalan 10 qrammın yerinə yenidən nəyisə əlavə etməyə çalışmaq... Və bu hər uçuşdan əvvəl baş verir.
Dedik ki, sizə baqaj keçirmə qaydaları haqqında biraz məlumat verək.
Baqaj niyə məhdudlaşdırılır?
Hər təyyarənin öz uçuş çəkisi var — təyyarənin göyə təhlükəsiz qaldıra biləcəyi maksimal ağırlıq. Bu çəkiyə yanacağın, yeməklərin, ekipajınn, sərnişinlərin, baqajın və əl yükünün çəkisi daxildir.
Çətin ki, hansısa sərnişin özü ilə bir tonluq heykəl aparmaq istəyə, amma aviaşirkətlər hər ehtimala qarşı maksimal baqaj həddi qoyublar. Bu o deməkdir ki, pul verərək belə həddindən artıq ağır yükü təyyarəyə keçirə bilməyəcəksiniz. Bu məsələnin fiziki tərəfiydi. İqtisadi tərəfi də var. Təyyarə nə qədər ağır olsa, bir o qədər çox yanacaq istifadə etməli olacaq və uçuş baha başa gələcək.
Buna görə, aviaşirkətlər biletin qiymətinə məhdud baqaj daxil edirlər (adətən 20-30 kg). Bu həddi aşanda əlavə ödəniş etməlisiniz. Bəzi hava yolları şirkətləri biletlərin qiymətini aşağı salmaq üçün biletə pulsuz baqaj yeri daxil etmirlər.
Ölçü məhdudiyyəti isə baqajı rahat yerləşdirmək üçün nəzərdə tutulub. Oxşar ölçülü və formalı çamodanları bir-birinin üstünə yığmaq asandır. Standartlarda kənar olan baqaj üçün isə (məsələn xizəklər) hər dəfə xüsusi yer axtarmaq lazım olur.
Ограничения по весу и размеру багажа зависят от правил перевозок конкретной страны и самой авиакомпании. Поэтому перед покупкой билета лучше уточнить всё это на сайте перевозчика — особенно, если у вас в чемодане вся ваша жизнь. Baqajın ölçü və çəki limiti hər bir aviaşirkətin və ölkənin qaydalarından asılıdır. Biletinizi alarkən şirkətin saytında mütləq bu məlumatı dəqiqləşdirin.
Əgər baqajımın ölçüsü və ya çəkisi biletə uyğun deyilsə nə edim?
Avişirkətə yazın və ya zəng edin. Qaydaları nə qədər tez öyrənsəniz və aviaşirkəti nə qədər tez xəbərdar etsəniz, bir o qədər yaxşıdır. Şirkətin nümayəndəsi sizə nə qədər əlavə pul ödəməli olduğunuzu və ya hava limanında kimə yaxınlaşmalı olduğunuzu izah edəcək.
Ailəniz və ya dostlarınızla birgə səyahət edirsinizsə, və aranızda kiminsə baqajında artıq çəki varsa, sorüşün, bəlkə baqajı birləşdirmək olar? Adətən aviaşirkətin işçiləri təyyarədə nə qədər baqaj olacağını bilir və belə hallarda kömək etməyə çalışır.
Baqajda nəyi aparmaq olmaz.
Aviaşirkətlərin baqaj ilə bağlı qaydaları əl yükü qaydalarına nisbətən daha yumşaqdır. Məsələn, baqaja siz limitsiz maye (hətta spirtli içkilər), kəsici və deşici alətlər, qayçılar və s. təhvil verə bilərsiniz.
Amma bəzi əşyaları baqaja belə vermək olmaz:
- Oddantəhlükəli mayelər və maddələr.
- Hər hansı bir formada qaz. «Zajıqalkanı» getdiyiniz yerdə alsanız yaxşıdır. Təyyarəyə buraxmayacaqlar.
- Radioaktiv, toksik, korroziya yaradan və digər təhlükəli maddələr.
- Odlu silah
Bəzi ölkələrdə spesifik qadağalar var. Məsələn, Səudi Ərəbistana yahudi dilində kitablar və spirtli içkilər gətirmək qadağandır.
Getdiyiniz ölkənin və seçdiyiniz aviaşirkətin baqaj daşınması qaydalarını nə qədər yaxşı öyrənsəniz, bir o qədər rahat uçuşunuz olar. Qadağa olunan əşyaları evdə qoymaq, onları hava limanında itirməkdən yaxşıdır. Hava limanında baqajınızdan çıxarılan əşyalar sizə geri qaytarılmır.
Sizə xoş səyahət arzu edirik!