17 Noyabr 2020

İdeal bel çantası seçirik — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Gələcək səyahətlərə indidən hazırlaşmaq lazımdır. Bel çantaları haqqında söhbət edirik.
Deməli belə, bel çantası seçərkən...

Çantanın ölçüləri

Bel çantasında nə gəzdirməyi planlaşdırırsınız? Buna əsasən sizə neçə cib, hansı ölçüdə çanta lazım olduğuna qərar verin. Sadəcə görünüşünə görə seçməyin, evdə qalıb tozlanmasın.  

Model seçimi

Çantanı harda və necə istifadə edəcəksiniz? Özünüzlə gətirib oteldə qoyacaqsınız yoxsa bütün gün onunla gəzəcəksiniz? Şəhərdə gəzəcəksiniz yoxsa dağlara çıxacaqsınız?

Məsələn, yalnız şəhərdə yarıboş gəzdirəcəksənizsə sizə “poçtalyon” çantası daha rahat ola bilər. Əgər nəqliyyatdan çox istifadə edirsinizsə və pul kisəsi və ya vacib sənədləri itirməkdən qorxursunuzsa, kəmər çantalarına da nəzər yetirin. 

Amma əgər üstünüzdə hər zaman noutbuk və gacetlərinizi gəzdirirsinizsə, bel çantası mütləqdir.

Tutumu və çəkisi

Gündəlik istifadə üçün 20-30 litr tutumu olan bel çantası yaxşıdır.
Uzunmüddətli səyahət üçün backpacker-lərin istifadə etdiyi tipdə, 70 litr və artıq tutumu olan çantalar yaxşıdır. Nəzərə alın ki, çantanı ağzınadək doldurmaqdansa, biraz boş yer qoymaq yaxşıdır. Bəlkə yolda nəsə almaq istədiniz.

Bel çantalarının çəkisi material və konstruksiyasından asılıdır. Səyahətlərdə istifadə etmək üçün çəkisi maksimum 3 kg olan bel çantalarını məsləhət görürük. Həm daşımaq rahat olsun, həm də qiymətli baqaj kilolarınızı aparmasın.

Suyadavamlılıq

Yolda yağışdan gizlənmək haməşə mümkün olmur. Hərdən elə olur ki, heç tavanı olmayan avtobus dayanacağında yağış altında gözləməli olur səyahətçilər. Buna görə də, suyadavamlı bel çantalarını məsləhət görürük. Tam sukeçirməz çantalar adətən çox ağır olur, ona görə də, suyadavamlı (водостойкий) olanlara üstünlük verin. Belə çantaların təsvirindı PU, PVC, TPE abbreviaturaları olur.

Daha çox cib

Çox asandır: daha çox cib – daha çox şeyin yerləşəcəyi deməkdir. Əgər qarşınızda cibsiz tanınmış brend və çoxcibli adsız markanın çantaları arasında seçim varsa, daha çox cibi olanı seçin! 

Bizim vaxtımızda, bütün bel çantalarının noutbuk üçün xüsusi yeri olmalıdır. Sizi oğurluqdan qorumaq üçün isə bir çox modellərdə bu noutbuk cibləri gizlənmiş olur.

Material

Çantanın materialı təkcə gözəl yox, həm də davamlı olmalıdır. Əsasən də bel tərəfi. Ballistik neylondan və ya poliesterdən hazırlanan çantalara üstünlük verin. Təbii dəri çantaları isə unudun! Onlar narahatdırlar, ekologiyaya ziyan vururlar və çoxdandır mod deyillər…

Qayışlar

Çantanın qayışları size narahat etməməlidir, alt hissəsində kəmərlərin uzunluğunu və çiyinlərdəki yükü tənzimləyə biləcəyiniz bir neylon lent və bağlar olmalıdır. Çantanı almadan öncə paltarınızın üstündən taxıb mağazada gəzməyiniz məsləhətdir, amma karantin məsələsi ilə əlaqədar bunu etmək çətindir. Online şoppinq etməliyik. Buna görə də, çantanı almadan öncə inetrnetdə rəyləri tapmağı çalışın, görün artıq istifadə edənlər nə deyir. Və, ən əsası, mağazadan qaytarma və dəyişmə qaydalarını öyrənin ki, sizə yaramasa – başqasını seçə biləsiniz.

Qiymət

Yüksək qiymət həmişə keyfiyyət demək deyil. Çox vaxt brendin adına görə qiymət yüksəlir. Və burda yenə də öz məqsədinizi düşünməlisiniz. Əgər dağlara yürüşlərə hazırlaşırsınızsa, biraz baha çanta alıb 5-7+ il istifadə edə bilərsiniz. Əgər gündəlik çanta alırsınızsa, sadə və rahatını seçə bilərsiniz. Məsələn, asos və ya aliexpress kimi saytlarda. 

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy