Çox pul xərcləmədən Avropa ölkəsinə getmək istəyirsinizsə, Macarıstan ideal seçimdir. Turistik vizanı da rahatlıqla verirlər. Ölkəyə girişdə peyvənd ayrıseşkiliyi də yoxdur, PSR testlə gedə bilərsiniz.
Biletlər
Biletləri seçərkən axtarışı «WizzAir» uçuşlarının olduğu günlərdə edə bilərsiniz. Bakıdan hər həftənin 4 və 7-ci günləri uçuşlar olur, Bakıya qayıtmaq üçün isə hər həftənin 3 və 7-ci günləri.
Nəzərə alın ki, «WizzAir»-in ən ucuz tarifinə (Basic) baqaj daxil deyil. Özünüzlə salona bir çanta keçirə bilərsiniz və bu çantanın ölçüləri maksimum 40x30x20 olmalıdır. Əlavə ödənişlə baqaj ala biərsiniz və va baqajlı tarifləri seçə bilərsiniz.
Viza
Turistik Şengen vizası üçün səfirliyin Konsulluq şöbəsinə və ya «BLS Beynəlxalq» şirkətinə müraciət edə bilərsiniz.
Turistik viza üçün tələb olunan sənədlərin siyahısı:
- Xarici pasport:
- Viza üçün ərizə forması
- Şəkil (ağ fonda çəkdirilmiş 3,5 x 4,5 ölçüsündə 1 ədəd rəngli şəkil)
- Səyahət sığortası (tibbi)
- Bilet və otel
- İş yerindən arayış
- Bank kartından çıxarış
Ətraflı məlumata buradan baxa bilərsiniz.
Gecələmə
Hostel, hotel, mənzil — seçim genişdir. Otel və hostellərə booking.com saytıda baxa bilərsiniz, hosteldə 8 nəfərlik otaqda yerlər 10 AZN-dən başlayır. Oteldə gecələmə 40 AZN-dən başlayır. Mənzillərə isə həm «booking»-də, həm də airbnb.com saytında baxa bilərsiniz.
Qalacağınız məkaı seçməkdən öncə şəhərin hansı tərəfində qalacağınızı seçin. Dunay çayı şəhəri iki yerə bölür — Budaya və Peştə. Buda sakit və təpələrin olduğu tərəfdir, Peşt isə səs-küylü, relyefi düz olan tərəfdir.
Fikrimizcə, turistlər üçün Peşt daha uyğundur, çünki:
- Peşt tərəfdə gecələmə üçün seçim çoxdur və qiymətlər Budaya nisbətən aşağıdır.
- Görməli yerlərin çoxu Peştdədir
- Hava limanından Peştə rahat avtobus gəlir (100E marşrutu)
- Uşaqlarla səyahət edirsinizsə, Peşt düz relyefinə və parkların, əyləncə mərkəzlərinin sayına və yaxınlığına görə daha əlverişlidir
Qiymətlər
Ümumiyyətlə, Budapeşt Bakıdan ortalama 43% bahadır. Marketlərdə bu bir o qədər hiss olunmur, kafe və gecələməni də yola vermək olar. Amma nəqliyyatda, məsələn, Avropada olduğunuzu qiymətlərdən mütləq hiss edəcəksiniz.
Ortalama qiymətlərə baxaq:
- Bir fican qəhvə — 2,90 AZN
- Sadə kafedə bir nəfərlik nahar — 13 AZN
- Yerli pendir — 13 AZN
- 1 kg alma — 2,70 AZN
- McDonalds kombo menyu — 9,60 AZN
- 0,5 su — 1,50 AZN
- 0,5 yerli pivə — 3,20 AZN
- İctimai nəqliyyatda bir gediş — 1,90 AZN
Qısa və konlret məlumatbu dəfəlik bu qədər. Sualınız yaransa, bizə sosial şəbəkələrdə yazmağı unutmayın. Xoş istirahətlər!