Dubaya yollar açıqdır, instagramın tətil şəkilləri görər, nəhayət. Çıxar o bir ildi yorğan-döşəyin altında gizlətdiyin səyahət pulunu, gəzməyə gedirik!
Viza proseduru
Birləşmiş Ərəb Əmirliklərinə viza almaq asandır, indi başa salırıq necə.
⠀
1. Agentlik seçimi
⠀
BƏƏ Səfirliyi vizalar ilə məşqul olmur. Bunun üçün sizə viza ilə məşqul olan agentliyi seçmək lazımdır. Axtarış sistemində “dubaya viza” yazaraq onları gözdən keçirib seçim edə bilərsiniz.
⠀
2. Turistik Viza növləri
⠀
— 30 günlük bir girişlik turistik viza
— 90 günlük bir neçə girişlik turistik viza
— 2-3 günlük tranzit viza (istifadə etdiyiniz aviaşirkət tərəfindən təşkil olunur)
⠀
3. Viza rüsumları
⠀
— 30 günlük – 95$ (160 AZN)
— 90 günlük – 250$ (425 AZN)
⠀
4. Lazım olan sənədlər və prosedur
⠀
Əlaqə saxladığımızı bütün agentliklər yalnız xarici pasportun lazım olduğunu vurğulayır. Viza cavabı 2-7 iş gününə gəlir. Bilet və otel rezervasiyasını vizanı aldıqdan sonra edə bilərsiniz.
Vizanızın etibarlılıq müddətini bu saytda yoxlaya bilərsiniz.
İstənilən digər əmirlik tərəfindən verilmiş etibarlı yaşayış icazəniz mövcud olduğu təqdirdə, reysi təxsis etməzdən əvvəl BƏƏ-yə gəlişinizi / təkrar gəlişinizi uaeentry.ica.gov.ae portalında təsdiq etməlisiniz. Dubaya giriş / təkrar giriş icazəsi olmadan reysə buraxılmayacaqsınız. Vizanızın etibarlılıq müddətini bu saytda yoxlaya bilərsiniz. Həmçinin sərnişinlər Dubaya gəlməzdən əvvəl «COVID-19 DXB Smart» tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər.
⠀
«COVID-19»-la əlaqəli giriş qaydaları
Dubaya (DXB hava limanına) gələndə 3 sənəddən birini göstərməlisniz:
— Peyvəndi olan turistlər: QR kodu olan peyvənd sertifikatı. Onlayn və ya çap edilmiş şəkildə. İngilis və ya ərəb dilində.
— İmmun sertifikatı olan turistlər: ölkəyə girişdən maksimum 1 ay əvvəl verilmiş QR kodu olan immun sertifikat.
— Xəstələyindən 1 aydan çox vaxt keçən və peyvəndsiz turistlər: QR kodu olan PCR test cavabı. İngilis və ya ərəb dilində. Testin cavabı uçuşdan maksimum 48 saat əvvəl alınmalıdır.
— 12 yaşdan yuxarı və fiziki məhdudiyyəti olmayan bütün türistlər ölkəyə girişdən sonra PCR test verməlidir.
Dubayın görməli yerləri
Dünyanın ən hündür binası — «Burj Khalifa» qülləsi.
828 metr hündürlüyü olan bu qüllədə evlər, ofislər, idman zalları yerləşir. Binaya giriş qiymətləri belədir:
124+125 mərtəbə gəzintisi (456 metr hündürlük) – 149 dirhəmdən (41$) böyük bileti
124+125+148 mərtəbə gəzintisi (555 metr) – 359 dirhəmdən (98$) зböyük bileti
Dubai Mall
Bildiyimiz mollara bənzəmir. Elə bil ayrıca şəhərdir. 1200 mağaza, qızıl bazarı, zoopark, akvapark, üçmərtəbəli fəvvarə, kinoteatrlar, kafelər. Nə desəniz var. Bu mollu gəzmək üçün ayrıca bir gün (və ya iki gün) ayırın.
Ədviyyat bazarıÇaylar, otlar, ədvalar. Nə desəniz — var. Qiymətlər də marketdəkilərdən ucuzdur. Al-ver məsələsi də evdəki kimi, biraz ordan, biraz burdan, biraz söhbət — görürsünüz ki, qiyməti öldürmək oldu. İlk dedikləri qiymətlə razılaşmayın!
Dubai Miracle Garden
Gül bayramı yadınızdadır? Onun yüz qatını bu bağda görmək olar. 45 milyon gül deyirik, zarafat deyil. Hətta güllərdən hazırlanmış təyyarə də var. Mütləq baş çəkin.
Giriş biletləri:
Böyüklər üçün — 55 dirhəm (15$)
Uşaqlar üçün — 40 dirhəm (11$)
Wild Wadi Su parkı
3 böyük hovuz, 30-dan artıq attraksion, restoran, suvenir mağazalı və daha nələr-nələr. Dubayın su parkınə getməyə dəyər. Əsasən də uşaqlarla gedirsinizsə.
Giriş biletlərinin qiyməti 199 dirhəm-dən (54$) başlayır. On növ giriş bileti var.
Bastakiya rayonu
Səyahət etdiyiniz yerlərin tarixi və mədəniyyəti ilə maraqlanırsınızsa, şəhərin bu hissəsinə mütləq gedin. Bu rayon Dubay ərazisində ilk yaşayış yeri olub. On səkkizinci əsrin sonlarında tikintisi başlanıb. Bu rayonda muzeylərə və qalereyalara göz gəzdirə, autentik ərəb həyat tərzi haqqında məlumatlana və yerli kafelərdə nahar edə bilərsiniz.
Hələlik bu qədər, gözünüz bizdə olsun — yeni məqalələrimiz yoldadır.