1 martdan etibarən Azərbaycan vətəndaşları Gürcüstana sadəcə neqativ “Covid-19” testi ilə də girə biləcəklər. Özünütəcriddə qalmağa ehtiyac yoxdur.
— 25 fevraldan dağ kurortlarında otellər açılır, 8 martdan xizək yolları.
— 25 fevraldan şəhərlərarası nəqliyyat işləməyə başlayır
— 1 martdan Batumi şəhərində, 8 martdan bütün şəhərlərdə restoranların fəaliyyəti bərpa ediləcək
— Komendant saatı 21:00-05:00 arası olacaqdır
— 1 martdan muzeylər və kitabxanalar fəaliyyətə başlayır
— Yerüstü sərhədlər bağlı olaraq qalır
İki bəndə xüsusi fikir verin, qarışıqlıq olmasın. Komendant saatı hələ də var və yerüstü sərhədlər hələ bağlıdır. Çox güman ki, yaxında bu iki problem də aradan qalxar. Pandemiyanın üzü qara olsun, gözləməkdən başqa çarəmiz yoxdur. Keçək əsas mətləbə...
Pul məsələsi
Hal-hazırda (25 fevral) 1 manat pula 1,96 lari verilir. Pulu şəhərdəki məntəqələrdə rahat dəyişə bilərsiniz. Məzənnə, demək olar ki, hər yerdə eynidir və pulu komissiyasız dəyişirlər.
Telefon və internet məsələsi
Məsələn, Magti operatorunun sim kartını ala bilərsiniz. Sim kart sizə 3-5 lariyə (2-3 azn) başa gələcək. İnternet traffiki və zənglərin ödənişini isə öz ehtiyaclarınıza görə seçib ödəniş edirsiniz. 4 gb internet və ölkədaxili zənglər sizə 10-15 lariyə (5-8 azn) başa gələcək. Əgər nömrə almaq istəmirsinizsə, “wi-fi”dan istifadə edə bilərsiniz. Demək olar ki, bütün kafe, restoran, kirayə ev və otellərədə internet var. Hətta küçələrdə də “Tbilisi loves you” adlanan “wi-fi” var, amma adətən pis tutur, ona çox da güvənməyin.
Hava Limanından şəhərəHava limanında dayanacağa gedin və 37 nömrəli avtobusa minin. Sizi düz şəhərin mərkəzinə çatdıracaq. Qiyməti cəmi 0,5 lari (25-30 qəpik)
Taksi ilə gəlmək istəyirsinizsə həm hava limanındakı sürücülərlə (ağıllarına gələn pulu istəyəcəklər), gəm də “uber” və ya “bolt” kimi taksi sifarişi tətbiqlərindən istifadə edə bilərsiniz.
Şəhəriçi nəqliyyatİctimai nəqliyyatdan istifadə etmək üçün “metromoney” kartını almaq lazımdır. Bizim “BakuCard” kimi işləyir. Həm avtobuslar üçündür, həm də metro. Kartın qiyməti 2 laridir, metrostansiyalarda satılır. Şəhərin içində taksilərdən də istifadə edə bilərsiniz, qiymətlər ortalama Bakının taksi qiymətləri kimidir. Öncədən getmək istədiyiniz yerə xəritədəd baxın ki, nə qədər yol olduğunu biləsiniz.
Şəhərlərarası nəqliyyatGürcüstanda şəhərlərarası avtobuslardan və qatarlardan istifadə etmək olur. Seçiminizi gedəcəyiniz yerə görə edin. Məsələn, Tbilisidən Batumiyə və ya Kutaisiyə gedirsinizsə, qatar məsləhətdir. Bilet qiymətləri yerlərdən asılı olaraq 19-50 lari arası dəyişir (10-25 azn).
Tbilisi və ətrafda mütləq görüləsi yerlərin siyahısı:
— Tısbağa gölü və etnoqrafiya muzeyi
— Rustaveli prospekti
— Nəbatət bağı
— Rustaveli prospekti
— Şevarnadze bağı (gardenia Shevarnadze)
— Quru körpü bit bazarı
— Kükürd hamamları və şəlalə
— Narikala qalası
— Gürcüstan ana heykəli
— Vifleyem küçəsi
— Vake parkı
— Betaniya monastırı
— Msxeta şəhəri (Tbilisdən 1 saatlıq yol)
Tbilisidə dadına mütləq baxılmalı yeməklər:— Xinkali
— İmereti xaçapurisi
— Penovani xaçapurisi (qat-qat xəmirli, bol pendirli)
— Lobyani
— Meqrel xarçosu (qozlu şorba!)
— Pxali
— Nadugi və suluqunu pendirləri
Belə bir sadə məlumatlı məqaləmiz alındı. Gələn “görüşlərimizdə” sizə Gürcüstanın az tanınan amma Instagramınızı partlada biləcək potensialı olan yerləri haqqında söhbət açacağıq. Bizimlə qalın!