«AZAL» aviaşirkəti Londona mayın 15-dən etibarən həftədə bir dəfə (şənbə günləri) uçuşlar icra etməyə başlayacaq, mayın 25-dən isə Bakı-London-Bakı marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaqdır (çərşənbə axşamı və şənbə günləri).
Böyük Britaniyaya giriş qaydaları
1. Birləşmiş Krallığa daxil olan və ya tranzitlə səyahət edən bütün sərnişinlər COVID-19 testin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər. PSR-test Birləşmiş Krallığa uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır. Arayış uçuş ölkəsi tərəfindən təsdiqlənmiş laboratoriyaların birində verilməlidir.
Arayış üzərindəki sərnişin məlumatları (ad, doğum tarixi və ya yaş) pasportda və ya digər səyahət sənədində göstərilənlərlə uyğun olmalıdır. Arayış, onu verən laboratoriyanın əlaqə məlumatlarını da əhatə etməlidir. Arayışda onun düzgünlüyünü təsdiqləyən QR-kodun olması tövsiyə olunur.
2. Sərnişinlər Birləşmiş Krallıqda olduqları 2-ci və 8-ci gün ərzində öz hesabına COVID-19 testindən keçməlidirlər. Onlar aşağıdakı ünvanlarda əldə etdikləri ödəmə təsdiqinə sahib olmalıdırlar: https://quarantinehotelbookings.ctmportal.co.uk/ və ya https://www.gov.uk/guidance/providers-of-day-2-and-day-8-coronavirus-testing-for-international-arrivals
3. İngiltərəyə daxil olan və ya tranzitlə səyahət edən sərnişinlər «Xalq Sağlamlığı Sərnişinlərini müəyyənləşdirmə forması» nı doldurmalıdırlar. Formaya iki COVID-19 testi üçün sifariş istinad nömrəsi və ya karantin otelinin bronlaşdırılması üçün istinad sifariş nömrəsi daxil olunmalıdır. Forma uçuşdan 48 saat əvvəl https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk ünvanından əldə etmək olar və gəliş məntəqəsində qeydiyyat masasında və immiqrasiya xidmətinə təqdim edilməlidir.
4. Sərnişinlər 10 gün ərzində ev şəraitində özünütəcrid və ya oteldə karantində qalmalıdırlar. Təfərrüatlar: https://www.gov.uk/guidance/booking-and-staying-in-a-quarantine-hotel-when-you-arrive-in-england;
5. Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Daha ətraflı məlumatı https://www.gov.uk/travel-abroad saytında əldə etmək olar.
6. Birləşmiş Krallıqdan qayıtdığınız zaman PCR-test haqqında arayış təqdim etməlisiniz. ХЫЕ-testlərini təqdim edən Birləşmiş Krallıq laboratoriyaların siyahısı aşağıda qeyd olunan saytda təqdim olunub: https://assets.publishing.service.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/978322/covid-private-testing-providers-general-testing-160421.csv/preview
Mənbə: azal.az