Keçən dəfə belə bir sual eşitdik: «Azərbaycanlı üçün hara yaxşıdır? İstanbul yoxsa Moskva?». Biz deyirik ki, gəzməyə qərib ölkə, yaşamağa vətən yaxşı. Amma hər halda İstanbul və Moskvanı müqayisə edək.
Məsləni biraz araşdırıq, Azərbaycan vətəndaşlarının Türkiyə və Rusiyada «oturum» icazəsi alması prosedurunu tapdıq. Buradan Türkiyədə, buradan isə Rusiyada olan prosedur haqqında oxuya bilərsiniz.
Heç kim üçün sirr deyil ki, Türkiyədə Azərbaycan vətəndaşlarını Rusiyaya nisbətən daha çox sevinclə qarşılayırlar, bu məsələdə Türkiyə daha uyğundur.
İndi keçək qiymət məsələsinə.
İstanbul Moskvaya nisbətən qiymətlərdə (ev kirayəsi xaric) 23% daha ucuzdur. Ev kirayəsi qiymətlərinə baxsaq, İstanbul Moskvadan 66% ucuzdur. Restoran, kafe qiymətlərinə də göz gəzdirdik — burada da İstanbul daha ucuzdur. Moskva restoranlarında ortalama hesab İstanbul restoranlarından 48% bahadır. Hə, deyirsiniz, bu qəribə faizlər bizə bir şey demir, keçin nağd qiymətlərə. Keçirik!
Müqayisə edək. Qiymətlər ortalamadır, manata çevirib göstəririk
Xidmət/məhsul | İstanbul | Moskva |
Kafedə bir nəfərin naharı | 8 azn | 17 azn |
1 kilo mal əti | 16 azn | 14 azn |
İctimai Nəqliyyatda bir tərəfə gediş | 0,7 azn | 1,1 azn |
Taksilərin başlanğıc tarifi | 1,1 azn | 3,5 azn |
1 litr benzin | 1,4 azn | 1,1 azn |
Aylıq kommunal xidmətlər (85m mənzil üçün) | 103 azn | 197 azn |
Mərkəzdə 1 otaqlı evin kirayəsi | 530 azn | 1500 azn |
Mərkəzdən kənar yerdə 1 otaqlı evin kirayəsi | 300 azn | 850 azn |
Ortalama aylıq maaş | 710 azn | 1700 azn |
Deməli, «oturum» alma proseduruna baxdıq, Azərbaycanlılara olan yanaşmanı müqayisə etdik, qiymətləri müqayisə etdik, indi görək bu ölkələrdə nə qədər Azərbaycanlı yaşayır. Rusiyada da 2,5 milyon, Türkiyədə 3 milyon Azərbaycanlı yaşayır. Bu rəqəmləri axtaranda maraqlı faktla qarşılaşdıq, sən demə Banqladeşdə 170 000, Sudanda 17000 Azərbaycanlı yaşayırmış... Kimin ağlına gələ bilərdi ki!
Yekunlaşdıraraq onu deyə bilərik ki, heç bir şəhər digərindən 100% yaxşı və ya pis ola bilməz. Getdiyiniz səbəbə, vaxta, yerə baxır. Onsuz da, hara gedsəniz, ev üçün darıxacaqsınız. Amma bunu da dəqiq demək olmaz, darıxmayanlar da olur. Beləliklə, hər bir insan