1 İyun 2021

İstanbulda "shopping". İkinci hissə: bazarlar — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

İstanbulda bazarların sayı alış-veriş mərkəzlərindən heç də geri qalmır. Yerlilərin və turistlərin sevdiyi 7 bazar haqqında danışırıq bu gün. Yerləşməlirini də yoxlamışıq, ictimai nəqliyyatla rahat çata biləcəksiniz.

Arasta çarşısı

Sultanahmet rayonunda populyar bazar. Burada əl işi xalçalar, əntiq əşyalar və suvenirlər tapa bilərsiniz. Bu bazarda heç kim sizi israrla ədviyyat və ya tekstil almağa çağırmayacaq, çünki onlar burada yoxdur. Bazar şənbə günündən başqa hər gün 9:00-22:00 aralığında açıqdır.

Nə almaq olar: Türkiyə xalçaları (70 mağazada satılır), ən yaxşı xalçalar Kayseri və Kocaelidə hazırlanır. Elə onları soruşa bilərsiniz.

Mısır çarşısı

Eminönü sahilində yerləşir. Əvvəllər adviyyat bazarı kimi tanınırdı. İndi isə assortiment daha genişdir: meyvə və tərəvəz, quru meyvələr, qoz-fındıq, şirniyyat, çay, kosmetika və sair. Bazarın Şimal tərəfində məşhur “Pandeli” restoranı yerləşir. Bu restorana hətta Atatürk və Aqata Kristi gəlib vaxtı ilə.

Nə almaq olar: ürəyiniz nə istəsə, bazarda olan məhsulları hamımız əla tanıyırıq.

Laleli kapalı çarşı

Bu bazara hərdən “rus bazarı” da deyirlər. Mağazalarda gördüyünüz bir çox türk malı paltarlar elə buradan topdan alınıb köhnə sovet ölkələrinə gətirilir. Satıcıların çoxu da rus dilində danışır.

Nə almaq olar: digər yerlərə nisbətən ucuz pal-paltar (həm böyüklər, həm uşaqlar üçün), xəz malları.

Sahaflar çarşısı (köhnə kitab bazarı)

Rəsm əsərləri, qədim manuskriptlər, nadir tapılan kitablar. Fatihdə, tanınmış kapalı çarşının yanında yerləşir, həftəsonları və bayramlardan başqa hər gün açıqdır. Burada açıqça seçimi də böyükdür. Dostlarınıza İstanbuldan açıqça da göndərə bilərsiniz. Çox gözəl atmosferli yerdir, instagramınız üçündə bir-iki maraqlı şəkil çəkərisiniz.

Nə almaq olar: rəsm əsərləri, manuskriptlər, nadir kitablar, açıqçalar

Horhor Çarşısı

Bu böyük bazarı alış-veriş sevənlər yaxşı tanıyır.  Beşmərtəbəli bazarda mebel, işıqlandırma, antikvar əşyalar. T1 tramvay xəttinin Aksaray stansiyası yaxınlığında yerləşir. Veznecirler metrostansiyasından da gəzərək gəlmək olar.

Nə almaq olar: mebel, işıqlandırma və sair. Amma əşyaları Azərbaycana gətirmək istəyirsinizsə, əvvəlcədən karqo məsələsi ilə maraqlanın.

Yeşilköy Çarşamba Pazarı

Bu bazar, həftədə bir dəfə, üçüncü günlər işləyir. 7:00-19:30 arası. Əgər bura baş çəkmək fikrinə düşsəniz, öncədən planlaşdırın ki, günü səhv salmayasınız. Yeşilköy metrostansiyası və “Florya akvaryum” yaxınlığında yerləşir. Burada nə istəsəniz satılır, meyvə-tərəvəzdən tutmuş, məşhur brendlərin Çin malı kopyalarınadək.

Nə almaq olar: pal-paltar, qab-qacaq, ev üçün mallar, meyvə-tərəvəz

Kapalı Çarşı (Grand Bazaar)

Mərkəzdə, Sultanahmetdə yerləşir. 1460-cı ildən işləyir. Bazarda 5000 mağaza var. Kapalı Çarşı 58 xəttdən ibarət bir labirint kimidir. Bazarda itməyəsiniz deyə girişdə xəritə də satılır. Gəzmək üçün əla yerdir, amma alış-veriş üçün bir o qədər də əlverişli deyil. Turistik yer olduğuna görə qiymətləri yüksəkdir. Kapalı çarşı bazar günündən başqa hər gün işləyir, saat 19:30-da bağlanır.

Nə almaq olar: ürəyiniz nə istəsə!

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy