Aviasales.az necə işləyir?
Aviasales.az bilet satmır. Bu servis sizə ən rahat bileti tapmaqda köməklik göstərir. Sizə lazım olan tarixi, istiqaməti və sair detalları daxil edərək, bir neçə saniyəyə yüzlərlə tərəfdaşımızın uyğun biletlərini bir pəncərədə görüb müqayisə edib seçə bilərsiniz. Xidmət ödənişsizdir, saytda gördüyünüz qiymətlər sondur. Heç bir əlavə ödəniş sizdən çıxılmayacaq. Tərəfdaşlarımızın saytında qeyd edəcəyiniz məlumat məxfi saxanılır.
Axtarış forması
- Haradan və Haraya uçmaq istədiyinizi qeyd edin.
- Tarixləri seçmək üçün “Gediş” və ya “Donüş” pəncərəsinə basın.
3. Dönüş bileti lazım deyil? Narıncı rəngli “dönüş bileti lazım deyil” düyməsini basın.
4. Sərnişinlərin sayını və yaşını (böyüklər, 2-12 yaş arası uşaqlar, 0-2 yaş arası körpələr) sağ tərəfdəki düyməyə basaraq seçin. Orada xidmət sinfini də (ekonom, biznes) seçə bilərsiniz.
5. Gedəcəyiniz yerdə otellərər də baxmaq istəyirsinizsə “Yeni bir pəncərədə booking.com açmaq” düyməsini işarələyin.
6. Bütün məlumatı daxil etdikdən sonra “bileti tapmaq” düyməsini basın.
Faydalı məsləhətlər
- Gediş-dönüş biletlərini bir yerdə almaq tək-tək almaqdan sərfəlidir. Təqvimdə ən ucuz biletlərə baxa bilərsiniz. Nəzərə alın ki, qiymətlər dinamikdir. Son qiyməti görmək üçün tarixi seçib axtarış edin.
- Aviaşirkətlərin əksəriyyəti iki yaşına çatmamış körpələrə ayrı yer satılmama şərti ilə endirim edir. Bir böyük bir körpəyə belə bir endirim ala bilər. Əgər bir böyük bir neçə körpə və ya uşaqla uçursa, onlara ayrı yerlər və qismən ödəniş tələb olunacaq.
- Axtarış zamanı təkcə getmək istədiyiniz şəhəri yox, şəhərdə olan hava limanını da qeyd edə bilərsiniz.
Mürəkkəb marşrut
Əgər bir neçə istiqamətiniz varsa, “mürəkkəb marşrut tərtib etmək” düyməsini basın. Sistem bütün tələbləriniz qeydə alaraq sonda sizə bir bilet təqdim edəcək. Mürəkkəb marşrut rejimində 6 istiqaməti qeyd edə bilərsiniz. Hər hansı bir istiqaməti silmək üçün sağ tərəfdə qırmızı işarəni basın. Sadə marşruta qayıtmaq üçün sol tərəfdə «sadə marşruta qayıt» düyməsini basın.
Nəticənin gözlənilməsi
Axtarış vaxtı fərqli faktorlardan asılıdır: tərəfdaşların cavabı, sizin kompüterinizin və ya telefonunuzun texniki imkanları, internetinizin sürəti, uçuşların sayı.
İlk nəticələr hələ axtarış bitmədən ekranda göstərilir, amma adətən bunlar daha baha biletlər olur. Ən ucuz biletlər axtarış bitəndə göstərilir. Biletlər qiymətləri ucuzdan bahaya ekranda sıralanacaq. Axtarış məksimum 40 saniyə çəkir.
Axtarış nəticələri
Axtarışın nəticləri — uçuşlar haqqında ətraflı məlumatdır. Uçuşların variantları, bileti satan agentliklər, aviaşirkətlər, uçuşun vaxtı, hava limanları, köçürülmələr, baqaj və əl yükü haqqında məlumat qeyd olunur. Səhifənin sağ yuxarı küncündə biletlərin qiymətinin göstərildiyi valyutanı dəyişə bilərsiniz.
Avisales sistemi dərhal uçuşun xüsusiyyətlərini görür və sizə simvollarla göstərir. Məsələn, qum saatı (uzun köçürülmə), aypara (gecə vaxtı köçürülmə).
Uçuş haqqında ətraflı məlumat almaq üçün və reysin nömrəsini öyrənmək üçün bileti üzərinə basın və ya bilıetin sağ tərəfində yerləşən ox işarəsini basın.
Çox rahatır! Filtrlərin köməyi axtarışı özünüzə uyğun edin. İstədiyiniz köçürülmə sayını və ya birbaşa uçuları, köçürülmələrin müddətini, uçuş vaxtını, hava limanlarını, aviaşirkətləri və digər parametrləri seçin. Sizə lazım olan xüsusiyyəti filtrlərdə işarələyin.
Biletin alışı
Bileti seçdiniz? “Almaq” düyməsini basın. Sitem sizi avtomatik olaraq satıcının saytına yönləndirəcək. Orada pasport və kart məlumatınızı qeyd edərək bileti ala biləcəksiniz. Elektron bilet alışdan sonra 3 saat ərzində qeyd etdiyiniz e-mail ünvanına göndəriləcək. Elektron bilet və pasportunuz uçuş üçün kifayətdir. Bileti götürmək üçün heç yerə getməyə ehtiyac yoxdur.
“Almaq” düyməsinin altında bileti satan bütün tərəfdaşlarımız göstəriləcək.
Eyni zamanda “almaq” düyməsindən yuxarıda baqaj haqqında məlumat göstəriləcək. Əgər məlumat göstərilmirsə, deməli tərəfdaşımız bu məlumatı bizə ötürməyib. Bütün məlumatı almaq üçün tərəfdaşımızın saytına keçid edəcəksiniz. Orada bütün sərnişinlərin pasport məlumatını, telefon nömrənizi, e-mail ünvanınızı və ödəniş məlumatını qeyd etməlisiniz.
E-mail ünvanını qeyd edərkən diqqətli olun! Əgər e-mail ünvanı səhv qeyd olunsa, bilet göndərilməyəcək və satıcı ilə əlaqə saxlayıb məlumatı dəyişdirməli olacaqsınız. Buna görə, ünvanı qeyd edərkən düz yazdığınızı yoxlayın.