10 Noyabr 2021

Kəlbəcərə getməyə hazırlaşırıq — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Qarabağ silsiləsinin Kəlbəcərdən başlayırıq. Kəlbəcərdə nə var, nə yox, hava necədir, gəzməli-görməli yerləri haradır kimi sualları cavablandırırıq.

İqlim və coğrafiya

Ondan başlayaq ki, Kəlbəcər rayonu çox böyükdür. Müqayisə edin: Lüksemburqun (Avropa ölkəsini deyirik, Samux rayonunun kəndini yox) ərizisi 2.586 km² təşkil edir, Kəlbəcər rayonunun ərazisi isə -   3.050 km².

Kəlbəcər dağlıq ərazidə yerləşir. Qış ayları qarlı, yay ayları isə sərin keçir. Sərin yay sevənlər üçün tam cənnətdir! İyul ayında, məsələn, hava 20-22 dərəcə olur.

Bitkilər

Wikipedia bizə belə bir məlumat verir:

“Rayonun mərkəzi və şərq hissələrində enliyarpaq meşələr ( palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda isə alp və subalp çəmənlikləri yayılmışdır.”

O alp və subalp çəmənlikləri məsələsinə fikir verin. Bu bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, instaqramınız partladacaq! Bu çəmənliklərdən nə mənzərələr açılır, oralarada nə gözəl güllər bitir. Hər addım başı şəkil çəkib story yükləmək olar.  Isveçrə çəmənlikləri turistsizlikdən ağlayacaq Kəlbəcərə yollar açılandan sonra.

Bazalt sütunları

Vulkanik püskürmələr nəticəsində yaranmış, bir-birinə bağlı minlərlə bazalt sütununun yan-yana düzüldüyü bir yerdir. Onlar 50-60 milyon il əvvəlki vulkanik fəaliyyətlərin nəticəsidir. Dünyanın bir neçı yerində belə bir mənzərə ilə qarşılaşmaq olar. Məsələn, İspaniyada, İslandiyada, İrlandiyada, ABŞda.

 

Istisu

İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.

Karlovı-Varının (Çexiya) gözü yaşlı, İstisunun bulağlarındakı suyun dünyada analoqu yoxdur.

İstisuyun hərarəti 58 dərəcədir. Qışın oğlan çağında belə rahatlıqla girib çimmək olar.

 

Çaylar, göllər, meşələr

Bu baxımdan da Kəlbəcər çox zəngindir. Tərtər ölkəmizin ən böyük çaylarından biridir onun yuxarı axarı və qolları (Levçay, Tutqunçay), Bazarçay Xaçınçay Kəlbəcər ərzisindən başlanır. Böyük və Kiçik Alagöllər, Zalxagöl və Sərsəng su anbarı rayon ərazisindədir və daha nələr-nələr.

Tarixi və mədəni irsi

Kəlbəcər tarixi sevənlər üçün bir hədiyyədir. Qayaüstü təsfir deyirsinizsə — burda var, mağaralar, qədim yaşayış yerləri deyirsinizsə — onlar da var. Nə deyək, qədim türk əlifbası yazıları nümunələri var. Orta əsrlərdən qalma daş abidələr var. Alban monastırları, kilsələr, məsçidlər, qala və saray qalıqları – hamısı Kəlbəcərdədir.

Sözümüzün canı odur ki, yollar açılan kimi mütləq #visitKalbajar. Hələlik isə oxuyaq, maariflənək, bir-birimizlə məlumatl bölüşək. Evimizi – ölkəmizi tanıyaq.

 

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy