2 Mart 2021

Kiyevə bahar gəlir. Sən də gəl! — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Kiyev öz xüsusi atmosferi ilə seçilən şəhərlərdəndir. Buraya gözəl memarlıq, muzeylər, dadlı yeməklər, marqlı barlar və yeni tanışlıqlar üçün gələn çoxdur. İldən ilə şəhərdə turistlərin sayı artırdı (pandemiyadan öncə) son illərdə. Bugün sizi Kiyevlə tanış edirik. Baxın, bəlkə bu sizin sevəcəyiniz şəhərdir.

Necə gedək?

13 martdan etibarən birbaşa Bakı-Kiyev reysləri başlayır. Ölkəyə daxil olmaq üçün neqativ «covid-19» test cavabı (uçuşdan maksimum 48 saat öncə) və sağlamlıq siğortası tələb edilir.

Uçuşlar Borispol hava limanınadır.  Borispoldan şəhərə “Skybus” avotbusu və ya “Kiyev Borispol Ekspress” qatarı ilə çatmaq olar.  Biletin qiməti gedəcəyiniz yerdən asılı olaraq 4-6 AZN arası olacaq.

Harada yaşayaq?

Səhərlər xudmani kafelərdə qəhvə içmək, köhnə Kiyevin maraqlı küçələrində gəzmək və axşamlar barlarda səmərəli vaxt keçirmək istəyirsinizsə bu yerlərdən birini seçin:

Maydan Nezalejnosti, Lev Tolstoy meydanı, Bessarabiya bazarı, Gulliver alış-veriş mərkəzi, Ukrayna Sarayı, Kontraktovaya meydanı, Andrey yoxuşu (Andreyevskiy spusk), Şevçenko bulvarı, Universitet metrostansiyası, Qızıl qapılar (Zolotıye Vorota), Lvov meydanı, Peyzajnaya alleya, Olimpiyskaya metrostansiyası, Sirk, Lukyanovka, Politexnik institutu metrostansiyası (mərkəzdən biraz kənar və ucuzdur) və Podol rayonu.

Otel və mənzilləri öncədən Airbnb, Booking.com və ya yerli hotels24.ua, doba.ua, dobovo.com kimi saytlarda seçə bilərsiniz.

İnternet və mobil xidmətlər

Demək olar ki, bütün kafelərdə wi-fi parolu istəyə bilərsinniz. Adətən internetin sürəti yaxşıdır. Əgər roamingdən istifadə etmək istəmirsinizsə, yerli kart da ala bilərsiniz. Məsələn, Kiyevstar və ya Vodafone. Kartlar hər addımbaşı pasport tələb etmədən satılır. Ortalama, 6 gb internet paketinin qiyməti 6-11 azn arası olacaq.

İctimai nəqliyyat

Şəhərdə avtobus, metro və ya taksidən istifadə edə bilərsiniz. Avtobus və ya metroda bir tərəfə tək gediş 0,49 AZN dəyərindədir. Aylıq nəqliyyat kartı 21 AZNdır. Taksi qiymətləri isə Bakıdakına oxşayır. Gediş haqqı ortalama 2,5-3 azn-dan başlayır.

Ortalama qiymətlər

Faydalı linklər

Maraqlı məsləhət:

Özünüzü tam olaraq Avropada hiss etmək istəyirsinizsə. Mütləq Lvova getmək üçün 1-2 gün ayırın. Çox maraqlı şəhərdir. Çatmaq da asandır. Məsələn, Kiyevdən qatarla 6-7 saata Lvov şəhərinə çata bilərsiniz. Qatar biletlərinin qiyməti ortalama 50 AZNdır.

 

 

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy