18 İyun 2021

Mərakeş: gəzməli yerləri, vizası, biletləri — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Klon serialına baxa-baxa böyüyən hər bir Azərbycanlının bir gün Mərakeşə getmək arzusu var idi. Bəlkə bu gün o gündür? Gedək Mərakeşə?

Mərakeş elə bir yerdir ki, “səyahət vaxtı haranı gəzim?” sualı yaranmır. Haranı gəzsəniz, maraqlı bir yer tapacaqsınız. Qarlı dağlardan tutmuş, çimərliklərə və tarixi şəhərlərədək – nə istəsəniz var.

Bu ölkədə siz həm qədim memarlıq görəcəksiniz, həm də əsl şərq bazarının koloritini hiss edəcəksiniz. Həm ilanların rəqsini seyr edəcəksiniz, həm təbiətin gözəlliyindən və fərqliliyindən zövq alacaqsınız.

Şəhərlər

Mərakeş şəhərlərinin xüsusiyyəti onların tarixi mərkəzində yerləşir. Demək olar ki, bütün şəhərlərin, qala divarları ilə əhatə olunan öz “İçəri Şəhəri” var. Məhz burada bütün maraqlı bazarları, od ilə rəqs edən hoqqabazları və musiqiçiləri görə bilərsiniz.

Gəzmək üçün ən maraqlı şəhərlər:

Atlantik okeanın sahili ölkənin qərb bölgəsindədir. Mərakeş öz ödənişsiz, təmiz, və sakit çimərlikləri ilə seçilir. Şərq ölkələri üçün nadir görünən haldır.

Dəniz kurortları harada yerləşir?

Xizək kurortları

Mərakeşin isti Afrika ölkəsi olmasına baxmayaraq, burada ekzotik xizək kurortları da var. Atlas dağlarının yüksəkliklərində qış aylarında qarlı yoxuşlar sizi gözləyir.

Dağ kurortları haradadır:

Müalicəvi kurortlar

Təkcə gəzmək yox, sağlamlığınızı da düşünmək istəyirsinizsə, Mərakeş bu məsələdə də sizə yardımçı ola bilər.

Müalicəvi kurortlar haradadır?

Kovid, necəsən?

Azərbaycan vətəndaşları Mərakeşin Turizm Nazirliyi tərəfindən “A kateqoriyalı ölkələr” siyahısına daxil edilib. Bu o deməkdir ki, biz hal-hazırda Mərakeşə hər hansı bir vaksinlə və ya neqativ test cavabı ilə gələ bilərik. Karantinə ehtiyac yoxdur.

Test ölkəyə girişdən maksimum 72 saat əvvəl verilməlidir. Vaksinlə gəlmək istəyirsinizsə, ölkəyə giriş zamanı vaksinin ikinci dozasından ən azı 14 gün keçməlidir.

Viza lazımdır?

Bəli, Mərakeşə getmək üçün turistik viza almaq lazımdır. Adətən viza problemsiz verilir, 5 iş günü ərzində. Viza rüsumu – 38 azn.

Viza üçün lazım olan sənədlər:    

▪ Xarici passport
▪ Gediş və dönüş biletlərinin bronu
▪ Otel bronu və ya sizə göndərilən dəvət məktubu
▪ Şəkil 3.5×4.5 sm
▪ Hazır ərizə forması
▪ Şəxsiyyəti təsdiq edən sənədin və xarici pasportun kopyası

Əlavə olaraq bu sənədləri də tələb edə bilərlər:

▪ Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
▪ Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər
▪ Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək

Nəzərə alın ki, pasportdan başqa bütün sənədlər ingilis dilinə tərcümə olunmalıdır

Səfirliyin əlaqə məlumatı:

Ünvan: Məmməd Araz, 93, Bakı, Nərimanov, AZ1069
Telefon: (+994 12) 480-25-44
Faks: (+994 12) 480-25-42
E-poçt: emb.moroccoaz@gmail.com

Biletlər necədir?

Bu bizim yaralı yerimizdir. Azərbaycandan hal-hazırda bir çox ölkəyə birbaşa uçuş yoxdur. Amma İstanbul sağ olsun, oradan hara istəsəniz uçmaq olar.

Bir tarixin fərqli biletləri əsnasında kiçik bir eksperiment keçirək. Götürürük 24 iyul – 1 avqust tarixlərini. Bakı – Kasablanka axtarışı edirik.

Ən ucuz bu bileti görürük. Uçuş bir sutkadan artıqdır, 3 ölkədən tranzitlədir. Budapeştdə isə hava limanını dəyişmək lazımdır. Bunun üçün şengen vizası lazımdır. Deməli, bu uçuş bizə uyğun deyil.

Bu biletdən sonra daha birini görürük. Qiymət fərqi dramatikdir, amma heç olmazsa, bir ölkədən tranzitdir və əlavə vizaya ehtiyac yoxdur.

Bu o deməkdir ki, uçuş ya çox bahadır, ya da çox qəlizdir? Əllərimizi aşağı salıb, Mərakeşi unudaq? Xeyr!

Keçirik “professional səyahətçi” kimi axtarış etməyə! Və marşrutu bölürük. İstanbul – Kasablanka — İstanbul axtarışı edirik əvvəl. Və belə bir biletlə qarşılaşırıq. İstanbuldan Kasablankaya və geri, köçürülməsiz. Cəmi 503 AZN.

İndi qaldı Bakı – İstanbul – Bakı reysini bu uçuşla tutuzduraq. Burada qarşımızda iki varinat yaranır. Bu bileti başqa tarixlərə seçib, Mərakeşə getməkdən öncə və sonra İstanbulu gəzirik. Ya da, eyni tarixlərə biletləri seçirik. Eyni tarixlərə bilet seçəcəksinizsə, gediş-dönüş saatlarına fikir verin ki, uçuşların arasında ən azı 1-2 saat vaxt olsun.

Eyni tarixə Bakı – Istanbul – Bakı marşrutu üzrə belə bir bilet tapırıq.

Keçirik sadə arifmetikaya. 503+593 = 1096 azn.

Bakı – Kasablanka – Bakı axtardıqda isə İstanbuldan olan bilet 1493 AZN idi.

1493—1096 = 397 AZN. Deməli, heç yerə getmədən və heç kimi gözləmədən, sadəcə axtarış parametrlərini dəyişərək 397 AZN qənaət etmək olar.

Bu instruksiyadan istifadə edərək digər tarixlərə və şəhərlərə də bilet axtara bilərsiniz, cibinizə, zövqünüzə və rejiminizə uyğun olan biletləri tapa bilərsiniz.

Təkrar edirik: heç yerə getmədən, heç kimi gözləmədən və heç bir əlavə ödəniş etmədən.

Aviasales.az saytının tam istifadə qaydalarına baxmaq üçün bu məqaləmizi oxuya bilərsiniz.

Xoş səyahətlər arzu edirik!

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy