Hündürdaban ayaqqabı geyməkdən tutmuş benzinin bitməsinə qədər — fərqli ölkələrdə bilmədən poza biləcəyiniz (və buna görə cəzalandırıla biləcəyiniz) bir çox qanunlar var.
Növbəti tətilinizə getməzdən əvvəl, sizi ciddi problemə sala biləcək səhvləri öyrəmək istəyə bilərsiniz.
Biz sizin üçün dünyanın hər yerindən ən qəribə 10 qanunu bir məqaləyə topladıq.
1. İsveçrə
İsveçrəyə gedirsinizsə, çalışın axşamlar içməyin. Çünki bu ölkədə axşam saat 10-dan sonra tualetdən istifadə etmək qadağandır…
Əslində, istifadənin özü qadağan deyil, tualetdə suyu çəkmək qadağandır, çünki bu “noise pollution” (səs-küy çirklənməsi; lazımsız səs) hesab olunur. Gecə vaxtı tualetdə səs salsanız, qonşular sizi şikayət edə bilər. Səhərədək dözməyiniz məsləhətdir.
2. Afina, Yunanistan
Əgər Afinaın maraqlı yerləri görməyə gedirsinizsə, hündürdaban ayyaqqabılarınızı evdə qoysanız yaxşıdır.
Akropl və Parfenon kimi yerlərdə hüdürdabalı ayaqqabı ilə gəzmək qəti qadağadır.
Gəzinti üçün sadə ayaqqabı kifayətdir. Həm rahat gəzərsiniz, həm də özünüzü yunan polisində qoruyarsınız.
3. İspaniya
Ayaqqabı mövzusunu İspaniya ilə davam edirik. Burada da yanlış ayaqqabı sizin üçün problem yarada bilər.
İş ondadır ki, bu ölkədə maşın sürmək üçün “ayyaqabı qanunu”-na əməl etməlisiniz. Açıq dabanlı ayaqqabı ilə maşın sürmək qadağandır. Şəp-şüplə sükan arxasına oturmaq söhbətini unudun.
Ayaqyalın sürmək də qadağandır, biləsiniz.
Hər ehtimala qarşı, maşında bir tay açıq ayaqqabı saxlayın ki, gəzmək üçün çıxanda geyinə biləsiniz. Xüsusə də, ölkəyə yaya aylarıda getməyi plalaşdırırsınızsa.
4. Almaniya
Benzinin bitməsi adı vaxtlarda da stressdir. Almaniya avtobanlarında isə bu ikiqat stressdir, çünki benzini yolda bitməsi qanunsuzdur.
Almaniyada uzun yola çıxmaqdan öncə marşrutu hesablayın və “polnı bak” vurub yola çıxın ki, başınız ağramasın.
İşdir, birdən avtobanda benziniz bitsə, sizi həbsə atan olmayacaq, amma mütləq cərimələyəcəklər. Almaniyanın cərmiləri isə heç də xoş deyil.
5. Venesiya, İtaliya
San Marko meydanında sendviç yeyirsinizsə, çörək qırıntılarını göyərçinlərə atmağa tələsməyin.
Burada göyərçinləri yedizdirmək qadağandır və sizi cəriməliyə bilərlər.
Belə bir qanun tarixi abidələri quşlardan qorumaq üçün yaradılıb. Yaxşısı odur ki, yeməyinizi yedikdən sonra qırıntıları zibil qutusuna atasınız.
6. Frankfurt, Almaniya
Qış vaxtında buz konkisürmə meydançaları şəhərin hər yerindədir və əvvəllər heç vaxt konki sürməyən insanlar da buzda konki sürməyi öyrəməyə çalışırlar.
Frankfurtda konki sürməyə gedirsinizsə, qanunu pozmamaq üçün diqqətli olun. Bunun səbəbi saatda 50 kilometr sürət həddini pozmağın qadağan olmasıdır.
Bununla belə, bir çox insanın bu sürətə çatması ehtimalı olduqca azdır, ona görə də çox narahat olmaq lazım deyil.
7. Roma, İtaliya
Əgər Romada gəzirsinizsə və ayaqlarınız yoruldusa, oturmaq üçün yer seçəndə çox diqqətli olun.
Bunun səbəbi, şəhərin məşhur ispan pilləkənlərində oturmağın qanunsuz olmasıdır.
Yerli hakimiyyət orqanları həddən artıq çox insanın çox uzun müddət burada oturduğunu, başqalarının gəzməyinə maneə törətdiyini və ya yaxınlıqdakı fast food dükanlarından nahar yeməyini dayandırdığını bildirərək qadağa qoyub.
Bu pilləkənlərdə oturanlar 160-400 avro aralığında cərimələ bilər.
8. Barbados
Barbadosda rahat və ya dəbli paltar geyinmək sizi problemə sala bilər.
Üzərində kamuflyaj dizaynı olan geyimlər qeyri-qanunidir və onlara görə cərimələnə bilərsiniz.
Bunun səbəbi, kamuflyajın ölkənin narkotik və müdafiə zabitləri tərəfindən geyinilməsidir, buna görə belə geyimdə polis məmuru kimi görünə bilərsiniz.
9. Sinqapur
Burada saqqız çeynəmək sizə baha başa gələ bilər, çünki saqqızın idxalı və satışı qeyri-qanunidir.
Qauna əsasən, ölkəyə istirahətə gələnlər özləri ilə adam başı maksimum iki paçka saqqız gətirə bilər. Gətirdikləri saqqızla da düzgün rəftar etməlidirlər. Əgər saqqızı yerə atsalar və ya harasa yapışdırsalar, böyük cərimələrə məruz qalacaqlar.
Qanun ölkənin yüksək təmizlik standartlarını qorumaq üçün qəbul edilib və yaxşı işləyir. Təsəvvür edin, ölkədə heç kimi ayaqqabısına saqqız yapışmır!
10. Birləşmiş Krallıq
Əgər Londona səyahət edirsinizsə və özünüzü pis hiss edirsinizsə, Parlametə getməyin. Çünki parlamentdə ölmək qadağandır! Səbəb odur ki, əgər kimsə parlament binasında vəfat edirsə, onun üçün dövlət səviyyəsində dəfn mərasimi keçirilməlidir. Bu isə qəliz məsələdir.