Rusiya Federasiyasına gələn və/və ya tranzitlə keçən sərnişinlər üçün giriş qaydaları.
- Rusiya Federasiyası vətəndaşları, onların ailə üzvləri və Rusiyada daimi yaşayan vətəndaşlar üçün tələblər:
— Rusiya Federasiyası vətəndaşları Rusiya Federasiyasına yola düşməzdən əvvəl Dövlət və bələdiyyə xidmətlərinin vahid portalında “Rusiya Federasiyasına gələn reyslərin qeydiyyatı” bölməsindəelektron formada “Rusiya Federasiyasına gələn şəxslərin qeydiyyatı” anketini doldurmalıdırlar (aviabilet əldə edərkən, lakin reysə qeydiyyatdan gec olmayaraq). Anketə bütün lazımi məlumatlar daxil edildikdən sonra sərnişinin elektron poçtuna xüsusi QR-kod göndərilir. Həmin kod gəliş hava limanında sanitar-karantin nəzarətindən keçərkən “Rospotrebnadzor” orqanının əməkdaşına təqdim edilməlidir.
- Əcnəbilər üçün tələblər.
- əcnəbilər qeydiyyatdan keçmək və reysə minik üçün rus və ya ingilis dilində çap edilmiş, reysin uçuşundan ən gec 48 saat əvvəl COVID-19 testinin (yalnız PCR metodu ilə həyata keçirilən testlər qəbul edilir) neqativ nəticəsini əks etdirən tibbi sənəd (arayış) təqdim etməlidirlər. Rus və ya ingilis dilində tibbi sənədi təqdim etmək mümkün olmadığı təqdirdə sənədin yola düşmə ölkəsinin rəsmi dövlət dilində və notarial qaydada təsdiq olunmuş rus dilinə tərcüməsinin təqdim edilməsinə icazə verilir.
- Əcnəbilər Rusiya Federasiyası ərazisinə gəlməzdən əvvəl, Rusiya Federasiyası ərazisinə gələn şəxsin anketini (buradan yükləmək mümkündür) ingilis və ya rus dilində doldurmalıdırlar (hava gəmisində təqdim ediləcək, həmçinin əvvəlcədən çap edərək doldurmaq mümkündür). Anketdə Rusiya Federasiyası ərazisində qaldığı yerin ünvanının göstərildiyi xanalar mütləq qaydada doldurulmalıdır.
- Əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasına gələn əcnəbilər Rusiya Federasiyası ərazisinə gəldikləri tarixdən 14 təqvim günü müddətinə özünütəcrid tələblərinə riayət etməlidilər.
- tələbələr təhsil aldıqları universitet tərəfindən verilmiş yazılı təsdiqi təqdim etməlidilər. Təsdiq universitet tərəfindən Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə təqdim edilməlidir.
- Başqa ölkədən tranzit keçməklə Birləşmiş Krallıqdan Rusiya Federasiyasına gələn sərnişinlər Rusiya Federasiyası ərazisinə gəldikləri tarixdən 14 təqvim günü müddətinə özünütəcrid tələblərinə riayət etməlidilər.
Sentyabrın 1-dən etibarən yalnız aşağıdakı keçidlərdən istifadə edərək «Путешевствую без COVID-19» mobil tətbiqini yükləyən sərnişinlər Rusiya Federasiyasına yerinə yetirilən uçuşlara buraxılacaq:
iPhone üçün:
https://apps.apple.com/app/id1541206996
Android smartfonları üçün:
https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US
Huawei smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239
Tətbiqi smartfonunuza yüklədikdən sonra xarici pasportunuzu skan etməlisiniz.
Yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR-testdən keçmək lazımdır. Siyahı ilə bu səhifənin sonunda tanış ola bilərsiniz.
Klinikaların siyahısı, Azərbaycandan yola düşmə ölkəsi olaraq Rusiya Federasiyası seçildikdə smartfonunuzda “COVID-19-suz səyahət edirəm” (« Путешевствую без COVID-19») tətbiqində də mövcüd olacaqdır. Testdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir.
Testin nəticəsi haqqında məlumat QR-kod skan edildikdən sonra mobil tətbiqdə yaşıl QR-kod şəklində saxlanılacaq. Bu kodu qeydiyyat masasında, eləcə də Rusiyaya gəldiyiniz zaman sərhəd keçid məntəqələrində təqdim etməlisiniz.
Səyahət zamanı telefonunuzda texniki problemlər yarandığı halda, sərnişində PCR-testin kağız nüsxəsi olmalıdır.
Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün zəruri deyildir:
— Rusiya Federasiyasının vətəndaşları üçün
— Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcüd olduqda) və ilkin yola düşmə ölkəsində keçmiş test mövcüd olduqda.
— smartfonları olmayan uşaqlar və ya böyük yaş qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.
Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Uçuşunuzdan əvvəl ərazisindən yola düşdüyünüz və ya gəldiyiniz ölkənin aktual tələbləri barədə ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına diqqət yetirməniz xahiş edilir.