27 Yanvar 2021

Səyahət üçün nə qədər pul lazımdır? — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Səyahət etmək üçün nə qədər pul lazımdır? Bu sualı tez-tez eşidirik. Və ilk cavabımız «baxır necə səyahət etmək istəyirsiniz» olur. Elədir, əlbəttə, amma gəlin bəzi sevdiyimiz şəhərlərin qiymətlərinə göz gəzdirək.

Bir-bir populyar istiqamətlərə göz gəzdirib, şəhərdə olan qiymətlərə baxaq. Moskvadan başlayırıq...

 

Moskva


Moskvada günluk gəzinti üçün minimal büdcə — ≈40 AZN. Bu pula hosteldə gecələyə, ictimai nəqliyyatdan iki dəfə istifadə edə, və sadə kafedə iki nahar sifariş edə bilərsiniz.

İndi isə qiymətlərdən daha ətraflı danışaq, siz maraqlarınıza və seçimlərinizə görə hesablayın.


İctimai nəqliyyat

Hər növ ictimai nəqliyyatda bir gediş — 1,25 AZN

Günlük limitsiz nəqliyyat kartı — 5,20 AZN
3 günlük limitsiz nəqliyyat kartı — 9,90 AZN

Gecələmə

Oteldə iki nəfərlik otaq qiymətləri 25-30 AZNdən başlayır (məsələn, WinterFell otellər şəbəkəsi).

Mərkəzə daha yaxın otellərin qiyməti isə 45-50 AZNdən başlayır (məsələn, Cheers Hotel)

Sadə hostellərdə gecələmə qiyməti 7 AZNdən başlayır. Komfortlu hostellərdə isə 15 AZNdən başlayan qiymətlərə yer tapmaq olar.

Qidalanma (ortalama qiymətlər)

Büdcəli kafedə nahar ≈10 AZN (Biznes-lanç ≈7 AZN)

Çeburek ≈1,50 AZN
Şaurma ≈3,40 AZN
Burger ≈4,60 AZN
Kappuçino ≈5,60 AZN
Pivə ≈5,60 AZN

Muzeylər:

Kreml muzeyi — 33 AZN
Tretyakov qalereyası — 12 AZN
Puşkin muzeyi — 7 AZN
Dövlət Tarix muzeyi — 9 AZN

Digər muzeylərin çoxuna giriş biletləri 4-7 AZN arası dəyişir.

Moskvada tez-tez pulsuz ekskursiyalar və park tədbirləri keçirilir. Onları tapmaq isə səyahət vaxtınıza və google-da axtarış etmək bacarığınıza bağlıdır.

 

İstanbul

Viza

Azərbaycan Vətandaşları üçün 30 günə qədər viza tələb edilmir

Biletlər

Hal-hazırda İstanbula yalnız xüsusi reyslər var. Reysdən öncə COVİD-19 testi verməlisiniz.

İctimai Nəqliyyat

İctimai Nəqliyyatdan rahat istifadə etmək üçün bizim BakıKart peinsipi ilə işləyən İstanbulKartı almaq məsləhətdir. Kartın qiyməti 1,70 AZN. Kart “dolmuşlar” və minibuslardan başqa bütün ictimai nəqliyyat vasitələrində keçərlidir.  Avtobuslarda bir tərəfə gedişin qiyməti 0,70 AZN. Bütün nəqliyyat qiymətləri ilə iett.istanbul saytında tanış ola bilərsiniz.

Gecələmə

Hostellərdə gecəsi 10 AZNdən, evlərdə ayrı otaqları 20 AZNdən, bu otellərdə nömrələri 30 AZNdən başlayan qiymətlərə tapa bilərsiniz.

Qidalanma (ortalama)

Kofe 3 AZN
Balık-Ekmek 3,80 AZN
Simit 0,50 AZN
Dönər 4,50 AZN

Muzeylər

İstanbulun mədəni həyatı çox zəngindir, maraqlarınızdan asılı olaraq tam fərqli proqram qura bilərsiniz. Ən populyar muzeylərin giriş və ekskursiya qiymətlərini qeyd edirik.

Dolmabahçe Sarayı Ekskursiyası – 31,40 AZN
Topkapı Sarayı Ekskursiyas – 31,40 AZN
Basilica Cistern – 18,40 AZN
Madam Tussaud Muzeyi – 22,20 AZN
Göy Məsçid Ekskursiyası – 18,40 AZN
Türk və İslam Sənəti Muzeyi – 20,30 AZN

 

Minsk

na-vyhodnye-v-minsk-bez-zagranpasporta

Hal-hazırda Bakıdan Minskə birbaşa uça bilərsiniz. Amma Minskdən Bakıya yalnız tranzitlə qayıda bilərsiniz.

Viza

Ödənişsiz, 90 günə qədər viza tələb edilmir.

İctimai Nəqliyyat

Şəhər içi ictimai nəqliyyatda bir tərəfə gediş ≈0,50 AZN

Hava limanı şəhərdən xeyli kənarda yerləşir. Şəhərə çatmaq üçün ən rahat nəqliyyat növü – xüsusi 300e nömrəli avtobuslar. Geniş və rahat nəqliyyatdır, baqaj üçün yerlər var. Qiymət: ≈3 AZN

Gecələmə

Hostel qiymətləri 10 AZNdən başlayır, otellər 22 AZNdən, kirayə studiya mənzillərin qiyməti isə 30 AZNdən başlayır.

Qidalanma (ortalama)

Kafedə bir nəfər üçün kompleks nahar 15 AZN
Kofe 3 AZN
Yerli Pivə 3,40
Bir pors dranik 2,80

Muzeylər

Dövlət muzeylərinə giriş qiymətləri 1-8 AZN arası dəyişir. Bəzilərinin girişi ödənişsizdir.

Hər zövqə uyğun tapmaq olar: incəsənət, tarix, ədəbiyyatdan tutmuş pivə muzeyinədək.

 

Sofiya

Bolqarıstanın paytaxtı. Sadə və gözəl şəhər. 

Valyuta

1 Bolqar Levi – 0,94 AZN (0,55 USD)

Viza

Şengen — 70 AZN (35 EUR)

Hava Limanından şəhərə

Metro ilə (Serdika stansiyanıdək) 1,5 AZN
Avtobusla (84 və ya 184 nömrəli marşrutla Gen Qurko dayanacağına ) 1,5 AZN
Taksi ilə təqribən 15 AZN

İctimai Nəqliyyat

Metro və avtobuslarda bir tərəfə gediş 1,5 AZN limitsiz nəqliyyat kartları almaq daha əlverişlidir.

Bir günlük limitsiz nəqliyyat kartı 3,80 AZN, 3 günlük – 9,40 AZN

Gecələmə

Gecəsi 10 AZNdən başlayan qiymətlərlə hosteldə yer, 20 AZNdən başlayan qiymətlərlə isə mərkəzdə şəxsi mənzil kirayə götürə bilərsiniz.

Qidalanma (ortalama)

Kofe 2,30 AZN
Dönər 3,80 AZN
Pizza 7,50 AZN
Pivə 3,70 AZN

Muzeylər

Giriş biletləri 5-10 AZN arası dəyişir

 

Budapeşt

Gecələmə

Hostellərdə bir yataq qiyməti 9 AZNdən başlayır, hər zövqə və cibə uyğun hostellər, otellər və kirayə evlər tapmaq olar. Kauçserfinq istifadə edirsinizsə — 45282 nəfər Budapeşt sakini sizi evində qonaq etməyə hazırdır

İctimai Nəqliyyat

Transport ödənişi məsələsi biraz qarışıqdır, fərqli biletlər var. Başınız çox ağramasın deyə sizə limitsiz 24 və ya 78 saatlıq bilet almağı tövsiyyə edirik.

24 saatlıq biletin qiyməti – 9,20 AZN
78 saatlıq biletin qiyməti – 23,15 AZN

Hava Limanından şəhərə çatmaq üçün isə 100Е nömrəli şatldan istifadə edə bilərsiniz, düz şəhərin mərkəzinə gətirir. Bilet qiyməti – 5 AZN

Qidalanma (ortalama)

bir fincan qəhvə 2,50 AZN
pizza 13 azn
burger 6 azn
yerli pivə 2,70 azn
çaxır 3,40 azn

Muzeylər

Muzey və tarixi abidələrə giriş qiməti 10-30 AZN arası dəyişir

🇭🇺 Budapest Card

Budapest Card – turistlər üçün əla imkandır. Bu kartın qiymətinə 19 muzeyə və tarixi abidəyə giriş, turlar və limitsiz ictimai nəqliyyat daxildir. Kartın qiyməti müddətindən asılı olaraq dəyişir. Məsələn 24 saatlıq kart – 42 AZN.

 

Siyahıya hansı şəhərləri əlavə edək?

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy