Səyahət haqqında söhbətlər başlayanda hamı keçir terminlərə. Biri «all inclusive» tur alır, digəri «glamping» sevir, üçüncüsünün isə ümumiyətlə beş sözündə dördü anlaşılmır. Bu gün dedik sizə lazım ola biləcək səyahət terminlərindən danışaq ki, siz də professional səyahıtçi kimi söhbət edəsiniz hamı ilə.
Başlayaq!
All inclusive
Bu iki söz sizə əla səyahət zəmanəti verir. Hər şey daxildir deməkdir. Bu tip səyahət paketi adətən dəniz kənarı kurortlarda olur. Gündə 5 dəfə yemək, əyləncəli proqram, uşaqlar üçün məşğələlər və sair. Bu sıyahıt daha çox il boyu yorulan və bir yerdə sakit dincəlmək istəyənlər üçün əla seçimdir.
Glamping
«Glamour» və «camping» sözlərindən əmələ gəlib. Təbiət qoynunda, hər şəraiti olan «glamour» çadırda dincəlmək istəyənlər üçün əla seçimdir. Əgər məqsədiniz yeni səyahət növünü kəşf etmək və instagramınız üçün gözəl şəkillər çəkməkdirsə. Bu sizin seçiminiz olmalıdır! Ən yaxın ölkələrdən olan Gürcüstan də bu növ tətil üçün əla imkanlar yaradır.
Mini-bar
Otel nömrəsində içki və çərəzləərlə dolu kiçik soyuducu və ya dolab. Mini-bardan istifadə etdiyiniz məhsulların ödənişi otel hesabınıza əlavə ediləcək. Çıxana yaxın mini-barı çantanıza yığmaq məsləhət görelmür.
Staycation
«Stay» və «vacation» sözlərindən ibarətdir. «Stay» olduğun yerdə qalmaq, «vacation» isə məzuniyyət deməkdir. Terminin mənası — yaşadığınız şəhərdə və ya onun yaxınlığında turist kimi gəzmək deməkdir. Məsələn, turlara getmək, otel tutmaq, ev kirayə götürmək və sair. Pandemiya başlayandan «staycation» populyarlaşıb. Bir çox səyahətçi he bir problemlə üzləşməmək üçün, qaldığı şəhərə yaxın səyahət təcrübəsi yaşamağa çalışır.
Reception
Otellərin girişində, arxasında gülərüz insanların olduğu masa. «Reception» hər dərdin dərmanıdır. Otağınızda nəsə işləmir? Resepşn! Oteldə qonşularınız səs-küy salır? Resepşn! Köynəyinizin qopub? Telefon şarjını itirmisiniz? Ütü lazımdır? Bütün bu məsələlərin çarəsini resepşn işçiləri tapacaq.
Wanderlust
«Wander» (gəzmək-dolanmaq) və «lust» (istək) sözlərindən əmələ gəlib. Səyahət dəlisi olan, yeni insanlar, yerlər və mədəniyyətlərlə tanış olmağı çox sevən insanlara deyilir.
Layover
Səyahətə tranzitlə uçursanız, iki uçuş arasında olan vaxta «layover» deyilir. Layover vaxtı 23 saat 59 dıqiqədən artıq ola bilməz. Əgər vaxt daha artıqdırsa, bu artıq iki fərqli uçuş hesab olunur. Bu vaxtı tranzit şəhərini gəzmək üçün istifadə edə bilərsiniz. Amma sıyahətdən öncə mütləq araşdırın viza məsələsiniz, bəlkə tranzit hava limanından çıxmaq üçün viza lazımdır.
Jetlag və Netlag
Səyahətlə bağlı yorğunluğa deyilir.
Jetlag (jet — təyyarə) — uçuşdan sonra yaranan yorğunluğa, yuxu azmasına, vaxt dəyişikliyi ilə əlaqəli problemlərə deyilir.
Netlag (net — internet) — səyahətlə bağlı araşdırma ilə bağlı yorğunluğa deyilir. Məsələn, səyahətdən öncə gedəcəyiniz yer haqqında saatlarla məlumat toplayandan, bilet və otel axtarandan sonra yaranan yorğunluq.