16 Dekabr 2021

Sankt-Peterburqa qəhvə içməyə gedirik! — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Rusiyanın mədəni paytaxtı Sankt-Peterburq ölkənin ən qəhvəsevər şəhəri hesab olunur. Qəhvə burada xüsusi bir mədəniyyətdir, kafelərdə vaxt keçirmək isə gündəlik həyat tərzidir. Peterburlular işlər arasında qaçarkən mütləq yolüstü isti bulka ilə bir stəka qəhvə içirlər. Dostlar ilə kafedə görüşüb qəhvə içmək isə demək olar ki, mütləqdir. Klassik qəhvə növlərindən başqa şəhərdə “specialty coffee” seqmenti də inkişaf edir. Qəhvəsevərlər bunun yüksək keyfiyyət nişanı olduğunu bilir. Belə içkilər üçün qəhvə dənəcikləri zəif qızardılır və buna görə dad keyfiyyətlərinin çoxu qoruur. Bu məqaləmizdə sizi Sakt-Peterburqun mərkəzi rayonları və orada yerləşən kafelərin siyahısı ilə tanış edirik. Siyahınız hazırlamaqda bizə şəhərin kofe həvəskarları “Зарисовки Пора Рисовать” kömək etdi. Onlar yaxşı qəhvəsi, gözəl interyeri və sakit atmosferi olan yerlərin siyahısını bizə göndərdi.

 

Mərkəzi rayon

Şəhərin mərkəzi rayonu 1994-cü ildə 3 tarixi rayonun (Smolninskiy, Dzerjinsiy, Kuybişevskiy rayonları) birləşməsi ilə yaradılıb. Nevskiy prospekti, Ermitaj muzeyi və digər tanınmış yerlər məhz bu rayonda yerləşir.

Kafelərin siyahısı:

Not For Sale (Sadovaya küçəsi, 21АB)

Cookies Cafe (Moxovaya küçəsi, 14)

Пространство Склад 17 (Liteynıy prospekti, 18/2)

Кофейня щегол (Radişev küçəsi, 38/20)

 “Admiralteyskiy” rayonu

Admiralteyskiy rayonu şəhərin 4 tarixi rayonundan biridir. Şəhərin mərkəzində, Nevanın sol sahilində yerləşir. Rayonun əksəriyyəti (Fontanka və Nevanın sahilləri arasında) o səkkisinci əsrə aid binalardan ibarətdir. Sankt-Peterburqun çaylar və kanallar şəhəri olduğu deyiləndə məhz bu rayon göz qarşısına gəlir.

Kafelərin siyahısı:

Bunker Coffee (Kazanskaya küçəsi, 35)

SIBARISTICA: паназия и кофе (Obvodnoy kanalı sahili, 199)

Café Limitless (Bolşoy Kazaçiy dalanı., 4)⠀

своя комната (Dekabristlər küçəsi, 55)⠀

Ресторан Julia Child Bistro (Гражданская ул., 27)

 “Petroqradskiy” rayonu

Şəhərin ən qədim rayonu. Rusiyanın şimali paytaxtı sayılan Sankt-Peterburqun tarixi məhz bu rayondan başlayır.

Petropavlovsk qalasının tikintisi burada 1703-cü ildə başlayıb. Pyotr I öz evini də burada tikdirmişdi. Sankt-Peterburqun tarixi burada, Nevanın sağ sahilində başlayıb. Hal-hazırda bu çox prestijli rayon hesab olunur. Həm mərkəzə yaxındır, həm tarixi abidələri çoxdur, həm də nisbətən sakit yerdir. Burada gəzməyi dönə-dönə məsləhət görürük.

Kafelərin siyahısı:

КофеВиноLab (Lev Tolstoy küçəsi, 1–3)

Кофейня Ласточка (Zoologiçeskiy dalanı, 1-3)

CAKE&BREAKFAST (Mir küçəsi, 7Г)

Black Unicorn (Kronverskaya küçəsi, 12)

Coffee Boutique (Ropşinskaya küçəsi, 3-5)

verlé (Kamennoostrovskiy prospekti, 25)

ЭНДИ КОФЕ (Bolşoy prospekt, Petroqradskiy tərəfi., 106)

Addict (Malıy prospekt, Petroqradskiy tərəfi, 82)

ШОКОЛАДНЫЙ БАР (Kamennoostrovskiy prospekti, 42-А)

Vasilyevskiy adası

Neva deltasında ən böyük ada – Vasilyevskiy adası. Sankt-Peterburqun tarixi rayonlarından biri. Adanın adını hardan aldığını heç kim dəqiq bilmir. Bəzi tarixçilər bu adın finlərdən qaldığını deyir: finlər buranı Vasikkasaari adlandırırdı. Digərləri isə adın Vasiliy Kormçin batalyonu ilə əlaqəli olduğunu bildirir. Dostoyevski romanlarındakı atmosfer bu adada ilhamlanıb. Hal-hazırda adada çoxlu kafelər, muzeylər və digər görməli yerlər var. Otellərin sayı çox olmasa da, seçim edərkən bu adanı dəyərləndirməyi məsləhər görürük.

Kafelərin siyahısı:

MOST Coffee (Sevkabel portu, Kojevennaya xətti, 40)

Кофейня Le Moniteur (Kadetskaya xətti, 31)

St. Lewis Cafe (11-ci xətt, Vasilyevski adası, 24)

Кафе Family Friends (9-cu xətt, Vasilyevski adası, 54)

Кофейня «Просто» (16-cu xətt, Vasilyevski adası,1)

 

 

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy