Qarabağ silsiləmizdə Kəlbəcrdən danışdıqdan sonra, keçirik qarabağın incisi – Şuşaya. Şuşanın mədəniyyəti və gözəlliklərindən hər birimizin xəbəri var, amma gəlin bir-bir yenidən göz gəzdirək. Bildiyiniz kimi, Şuşa Azərbaycanın mədəni paytaxtı seçilib. Bu da o deməkdir ki, tezliklə burada həyat qaynayacaq, bir çox maraqlı tədbirlər keçiriləcək. Səbirsizliklə gözləyirik!
Başlayaq iqlim və yerləşmədən.
Şuşa yüksəklidə yerləşir. Buna görə qışı nağıllardakı kimi ağ, yayı isə sərin keçir. Hal-hazırda Bakı-Şuşa yolu 369 kilometrdir, amma Füzulidən yeni yol açıldıqdan sonra qısalacağını düşünürük. Və Füzuli hava limanı üzərində işlər də artıq başlayıb. Bakı-Şuşa biletləri haqqında məlumat paylaşmaq arzusundayıq!
Keçək görülməli yerlərə. Nəzərə alın ki, hələlik sadəcə qısa bir siyahı təqdim edirik. Əminik ki, yaz-yay aylarına doğru daha çox yerlər haqqında sizi məlumatlandıracayıq.
Şuşa qalası
Qala divarları şəhərin mərkəzini əhatə edir. 1751-ci ildə inşa ediblər. İnşaata şəxsən Molla Pənah Vagif nəzarət edib. Şuşa qala divarlarının parad qapısının açarı Azərbaycan Tarix muzeyində saxlanılırdı. Bu açarları ilk tədbirlərdən birində görəcəyik, çox güman ki.
Cıdır düzü
Hər şeyin başladığı yer... Cıdır düzündən Daşaltı çayına və dərəsinə inanılmaz gözəllikdə mənzərə açılır. Deyiləsi çox söz yoxdur, gedib görmək lazımdır!
Aşağı Gövhər Ağa məsçidi
Yuхarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həəyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768—1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir.
Çətir şəlaləsi, Daşaltı
Tropik şəlaləyə bənzəyən bu yer Daşaltı kəndində yerləşir. Əminik, fotosessiya üçün “oçred”ə durmalı olacaqsınız bir vaxtdan sonra. Qəbələnin “7 gözəl” şəlaləsinin gözü yaşlı bundan sonra.
Şuşa haqqında sualınız və ya paylaşmaq istədiyiniz əhvəlatlar varsa, bizə yazın.