Bütün məqalələr /

Sayt necə işləyir

Axtarış forması

  1. Haradan və hara uçmaq istədiyinizi qeyd edin.
  2. Uçuş və qayıdış tarixini seçin — təqvim «Nə vaxt» və ya «Geri» pəncərəsini basdıqda açılır.
  3. Siz yalnız bir istiqamətdə uçacaqsınız? «Dönüş bileti lazım deyil» düyməsini basın.
  4. Sağdakı sahədə böyüklərin, uşaqların (2 yaşdan 12 yaşa qədər) və körpələrin (2 yaşa qədər) sayını göstərin. Orada xidmət sinfini də seçə bilərsiniz — Ekonom, Komfort, Biznes və ya Birinci sinif.
  5. Gəliş şəhərində otelləri axtarmaq üçün «
  6. Hər şeyi etdiniz? Böyük narıncı düyməni basın «Bilet tapmaq».

Axtarışdan əvvəl ölkəni və valyutanı seçin. Bunun üçün pəncərənin yuxarı sağ küncündə qlobus işarəsinə tıklayın. Əgər tətbiqdə axtarış edirsinizsə, axtarışdan əvvəl profilinizdə «Regional» ayarları seçin və ölkənizi qeyd edin. Bu halda sizə uyğun biletləri və tərəfdaşları görəcəksiniz.

Tətbiqdə axtarış haradan və hara uçacağınızı və tarixləri qeyd etdikdən sonra başlayacaq.

Axtarış nəticələri

«Bileti tapmaq» düyməsini basın və axtarışın yekunlaşmağınız gözləyin ki, bütün reysləri görə biləsiniz.

Axtarışın nəticələri — qiymətlər, uçuş və eniş vaxtı və tarixi, hava limanları, dayanmaların sayı, uçuşun müddəti, əl yükü və baqajın olub və ya olmaması haqqında məlumatlı təkliflərdir. Bu təkliflər agentliklər və aviaşirkətlər tərəfindən bizə ötürülür.

Saytda və tətbiqdə mövcud olduğu halda birbaşa uçuşları və digər uçuş variantlarını göstəririk. Müqayisə edin və ucuz, tez və rahat təkliflər arasından seçim edin.

Aviasales uçuşun xüsusiyyətlərini dərhal qeyd edir. Onlara diqqət etməyiniz üçün xüsusi bloklar və nişanlardan istifadə edirik:

  • simvollar: qum saatı (uzun dayanma), aypara (gecə dayanması), bir-birini təqib edən oxlar (hava limanı dəyişməsi), qaçan insan (qısa dayanma);
  • beyclər: birbaşa, ən ucuz və ya ə rahat uçuşlar;
  • «Birbaşa reyslər» bloku: seçdiyiniz istiqamət üzrə bir neçə aviaşirkətin birbaşa uçduğu halda, axtarış nəticələrindən yuxarıda yerləşən siyahı.

Tarif, baqaj və marşrut haqqında ətraflı məlumat almaq üçün biletin üzərinə tıklayın. Reysin nömrəsini və uçuşların statistikasını görmək üçün «Daha ətraflı» düyməsini baxın – tərəfdaşımızın bizə ötürdüyü tam məlumatı görəcəksiniz.

Qiymət qrafiki və cədvəli

Bir-birinə yaxın tarixlərə olan biletlərin qiymətlərini müqayisə etmək üçün qraikdən istifadə edin. Bir neçə ayın qiymətlərinə baxmaq üçün cədvəldən istifadə edin. Burada biz qeyd etdiyiniz istiqamət üzrə istifadəçilər tərəfindən son həftə ərzində tapılan minimal qiymətləri göstəririk. İstiqamət nə qədər populyar olsa, qrafikdə və cədvəldə bir o qədər çox qiymət göstəriləcək.

Filtrlər

Filtrlərdən istiadə edərək axtarışı özünüzə uyğunlaşdıra bilərsiniz. İstədiyiniz dayanma sayını, uçuş vaxtını, baqajı və dayanma müddətini, hava limanlarını və digər parametləri oncədən qeyd edə bilərsiniz. Aviasales saytında filtrlər axtarış nəticəsi səhifəsinin sol tərəfində, tətbiqdə isə – axtarış naticələrinin üztündə.

Nəticələri fərqli parametrlər üzrə çeşidləyin: məsləhətli və ya əvvəlcə ən ucuz biletlər, uçuş vaxtı, populyarlıq və digər parametrlərə əsasən. Saytda «Çeşid» filtrlərin altında sol tərəfdə, tətqbiqdə isə axtarış nəticələrinin üstündə. Sizə uyğun olan variantları seçin. Filtrləri və çeşidləməni istədiyiniz vaxt dəyişə və ləğv edə bilərsiniz.

Faydalı məsləhətlər

  • Gediş-dönüş biletlərini dərhal almaq, onları ayrı-ayrılıqda almaqdan daha sərfəlidir.
  • Təqvimdə ən ucuz biletlərin olduğu tarixlər yaşıl rənglə qeyd olunub.
  • Əksər daşıyıcılar 2 yaşına qədər uşaqlar üçün ayrıca yer olmayan biletlərə böyük endirim edirlər. Bu o deməkdir ki, uşaq böyüklərin qucağında uçur. Həmçinin aviaşirkətlərin qaydasına əsasən, bir böyüklə yalnız bir oturacaq yeri olmayan körpə uça bilər. Əgər böyüklər təkdirsə və iki körpə varsa, onlardan biri üçün ayrıca oturacaqlı uşaq bileti alınmalıdır.
  • Siz yalnız şəhəri deyil, həm də konkret hava limanını seçə bilərsiniz. Bunun üçün şəhəri daxil edib lazım olan hava limanını göstərin.

Bilet alışı

Alışdan əvvəl bilet kartını diqqətlə oxuyun. Adətən orada uçuş haqqında məlumat olur: reysi həyata keçirən aviaşirkət, uçuş və eniş şəhərləri, eləcə də baqajın mövcudluğu. Əgər baqaj seçimi yoxdursa, bu o deməkdir ki, satıcı bizə baqajsız tarif təqdim edib və baqajı sonradan satıcının saytında bron zamanı əlavə etmək mümkündür.

Uyğun bileti seçin və fərqli satıcılardan olan təklifləri nəzərdən keçirin. Bəyəndiyiniz təklifin yanında olan narıncı düyməni basın — biz sizi satıcının saytına yönləndirəcəyik. Orada sərnişinlərin məlumatlarını, telefon nömrənizi və elektron poçt ünvanınızı daxil edin.

Bütün məlumatları bir daha yoxlayın:

  1. Adlar, soyadlar və sərnişinlərin pasport məlumatlarını düzgün daxil etdiyinizə əmin olun. Satışdan sonra da yazı səhvlərini düzəltmək mümkündür, amma çox vaxt bunun üçün əlavə ödəniş etmək lazım gəlir.
  2. Pasportun etibarlılıq müddətinin getdiyiniz ölkənin tələblərinə uyğun olduğundan əmin olun, həmçinin giriş qaydalarını da bir daha yoxlayın — viza tələbləri dəyişmiş ola bilər.
  3. Elektron poçt ünvanını diqqətlə yenidən oxuyun — əgər yazıda səhv etsəniz, bilet sizə çatmayacaq və onu əldə etmək üçün satıcı ilə əlavə əlaqə saxlamalı olacaqsınız.
  4. Sonda tarixləri, şəhərləri və hava limanlarını bir daha yoxlayın — sadəcə ehtiyat üçün.

Və ən son addım — ödəniş edin. Satıcı bileti sizə satın aldıqdan sonra elektron poçt vasitəsilə göndərəcək.

Məqaləmiz sizə kömək etdimi?